
Türkiyə Ukrayna müharibəsindəki yaralılar üçün dəhliz açmaq istəyir
Türkiyə Rusiya-Ukrayna müharibəsində yaralananlara kömək etmək və mülki şəxslərin geri qaytarılması üçün öz ərazisindən humanitar dəhliz yaratmaq istəyir. AZƏRTAC xəbər verir ki, bu barədə Ukrayna Ali Radasının insan haqları üzrə komissarı Dmitri Lubinets çıxışında bildirib. Lubinets qeyd edib ki, bu, tərəflər arasında müzakirə olunur.










