PRESS REVIEW — PRA.AZ

Xəbərlər

255 xəbər tapıldı

İran hicab qaydasını pozanları cəzalandıracaq
Dünya

İran hicab qaydasını pozanları cəzalandıracaq

İranda məcburi hicab qaydasını pozanların cəzalandırılacağı bildirib. “Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bunu İranın Ədliyyə Başçısı Qulam Hüseyn Muhsini Ejei deyib. Ejei bəzi qadınları məcburi hicab qaydasını pozduqlarına görə tənqid edib. Qeyd edək ki, İran Daxili İşlər Nazirliyi məcburi hicab qanununa qarşı davranışları hədəf alan bəyanat yayıb.

İsrail vətəndaşları ABŞ-a vizasız gedə biləcəklər
Dünya

İsrail vətəndaşları ABŞ-a vizasız gedə biləcəklər

Bu ilin sentyabr ayından etibarən İsrail vətəndaşları üçün ABŞ-a vizasız giriş tətbiq olunacaq. Bunu İsrailin Baş naziri Benyamin Netanyahu “Twitter“də yazıb. “Bu gün biz, İsrail vətəndaşlarına mühüm bir xəbər veririk. Söz verdiyimiz kimi, israilliləri ABŞ-a giriş üçün viza almaq zərurətindən azad etməklə bağlı bütün qanuni tələblər uğurla yerinə yetirilib” – Netanyahu yazıb.

Səudiyyə Ərəbistanında zəvvarları daşıyan avtobus qəzaya düşdü - Xeyli sayda ölən və yaralananlar var
Dünya

Səudiyyə Ərəbistanında zəvvarları daşıyan avtobus qəzaya düşdü - Xeyli sayda ölən və yaralananlar var

Səudiyyə Ərəbistanında Ümrə zəvvarlarını daşıyan avtobus qəzaya düşüb. Sərnişin avtobusu ölkənin cənub-qərbində Abha və Mühayil Əsir şəhərləri arasındakı körpüyə çırpılıb. “Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, avtobusun aşması və alovlanması nəticəsində 20 nəfər həyatını itirib, çoxlu sayda insan yaralanıb.

Almaniya Ukraynaya hərbi yardımı 5 dəfə artırır
Dünya

Almaniya Ukraynaya hərbi yardımı 5 dəfə artırır

Almaniya Ukraynaya hərbi yardımı 5 dəfə artırmaq niyyətindədir. "Qafqazinfo" xarici mətbuata istinadən xəbər verir ki, bununla da yardımın dəyəri 15 milyard avroya çatacaq. Xatırladaq ki, Almaniya hərbi yardım paketində Ukraynaya 18 ədəd “Leopard 2” tankı verib.

“Saudi Aramco” Çində neft emalı zavodu tikəcək
Dünya

“Saudi Aramco” Çində neft emalı zavodu tikəcək

Səudiyyə Ərəbistanının Milli Neft Şirkəti “Saudi Aramco” Çində böyük neft emalı zavodu və neft-kimya kompleksi inşa edəcək. APA xəbər veri ki, bu barədə şirkətin saytında məlumat verilib.

Rusiya İrana ən çox investisiya qoyan ölkə olub
Dünya

Rusiya İrana ən çox investisiya qoyan ölkə olub

İran son maliyyə ilində (21 mart 2022-ci ildən 20 mart 2023-cü ilə qədər) 4,2 milyard ABŞ dolları birbaşa xarici investisiya cəlb edib ki, onun da 2/3 hissəsi Rusiyanın payına düşüb.

Fransada pensiya yaşının 64-ə qaldırılması qəbul edilib
Dünya

Fransada pensiya yaşının 64-ə qaldırılması qəbul edilib

Fransada senator və deputatlardan ibarət Müştərək Komissiya pensiya yaşının 62-dən 64-ə qaldırılmasını nəzərdə tutan maddəsini qəbul edib. “Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu maddə bütün ölkədə kütləvi tətillər və etirazlara səbəb olub. Bildirilib ki, komissiya pensiya yaşının mərhələli şəkildə 62-dən 64-ə qaldırılmasını nəzərdə tutur.

ABŞ və Rusiya silah ixracında liderdir
Dünya

ABŞ və Rusiya silah ixracında liderdir

TASS informasiya agentliyi xəbər verir ki, hesabata görə, ABŞ və Rusiya əsas ixracatçı olaraq qalır, halbuki Rusiyada silah satışının həcmi əvvəlki beşillik dövrlə müqayisədə 31 faiz azalıb.

Gürcüstanda etirazlara səbəb olan qanun nəyi nəzərdə tutur?
Dünya

Gürcüstanda etirazlara səbəb olan qanun nəyi nəzərdə tutur?

Xəbər verdiyimiz kimi, Tbilisidə martın 7-8-i parlamentin qarşısında “xarici agentlər” haqqında qanun layihəsinin qəbul edilməsinə qarşı kütləvi etiraz aksiyası keçirilib. 133 nəfərin saxlanıldığı aksiyada 5 mindən 10 minə qədər etirazçının iştirak etdiyi bildirilir.

“Altılı masa” Kılıçdaroğlunu seçdi
Dünya

“Altılı masa” Kılıçdaroğlunu seçdi

Türkiyə müxalifəti bu gün ölkədə mayın 14-ü keçiriləcək prezident seçkilərinə vahid namizədini açıqlayıb. “Qafqazinfo” xəbər verir ki, “altılı masa”nın prezidentliyə namizədi CHP lideri Kemal Kılıçdaroğlu olub. Bu barədə qərar bu gün “altılı masa”nın keçirilən iclasında alınıb. İclasdan sonra Kılıçdaroğlu tərəfdarları qarşısında çıxış edib.

Rusiyanın Ukraynadakı müharibədə itkiləri
Dünya

Rusiyanın Ukraynadakı müharibədə itkiləri

Ukrayna tərəfi Rusiya ordusunun itkilərinin yenilənmiş siyahısını təqdim edib. Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb. Qeyd olunub ki, keçən il fevralın 24-dən etibarən Rusiya tərəfi 151 370 nəfər canlı qüvvə itirib.