PRESS REVIEW — PRA.AZ

Xəbərlər

290 xəbər tapıldı

İstənilən bankdan əməkhaqqı almaq: işçi və işəgötürənləri nə gözləyir?
Cəmiyyət

İstənilən bankdan əməkhaqqı almaq: işçi və işəgötürənləri nə gözləyir?

Yaxın zamanlarda Azərbaycanda işçilər əməkhaqlarını iş yerinin müəyyən etdiyi deyil, özlərinin seçəcəkləri bankdan ala biləcəklər. Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov dövlət büdcəsindən maliyyələşən təşkilatlarda çalışan işçilərin əməkhaqlarını istənilən bankdan almaları ilə bağlı iş aparıldığını təsdiqləyib və bunun ilin sonuna kimi reallaşacağına işarə edib.

Fəsil dəyişir - Viruslardan necə qorunaq?
Cəmiyyət

Fəsil dəyişir - Viruslardan necə qorunaq?

Fəsil dəyişkənliyi virusları, xüsusilə payız və qış aylarında, insan sağlamlığı üçün ciddi təhlükə yarada bilər. “Qafqazinfo” xəbər verir ki, bu viruslara qrip, RSV (respirator sinsitial virus) və bəzi digər respirator infeksiyalar daxildir. Onlar tez-tez mutasiya etdiyindən, hər il fərqli formalarda ortaya çıxa bilirlər. Buna görə qorunma tədbirləri hər il yenidən aktuallaşır.

Azərbaycanda bu ixtisaslara qəbul olunanlar iş tapa bilmir
Cəmiyyət

Azərbaycanda bu ixtisaslara qəbul olunanlar iş tapa bilmir

Azərbaycanda hər il minlərlə gənc ali məktəblərə daxil olsa da, onların bir hissəsi seçdikləri ixtisas üzrə iş tapa bilmir. Bunun səbəbi isə əmək bazarının real tələbləri ilə universitetlərin təqdim etdiyi ixtisaslar arasında ciddi uyğunsuzluğun olmasıdır. Hüquq, beynəlxalq münasibətlər, jurnalistika kimi tanınmış ixtisaslar istisna, daha texniki və spesifik sahələrdə bu problem özünü göstərir.

“200 balı keçən hər bir abituriyent tələbə olacaq”
Cəmiyyət

“200 balı keçən hər bir abituriyent tələbə olacaq”

Ali təhsil müəssisələrinə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçimi başa çatıb. 86459 abituriyent (subbakalavr) ərizəsini təsdiq edib. Müsabiqəyə yalnız ərizəsini təsdiq etmiş şəxslər buraxılırlar. Təhsil eksperti Kamran Əsədov bildirib ki, bu il ən şanslı qrup I ixtisas qrupu olub.

Şəmkirdə qidadan zəhərlənən 20 nəfərdən 9-u azyaşlıdır
Cəmiyyət

Şəmkirdə qidadan zəhərlənən 20 nəfərdən 9-u azyaşlıdır

20.08.2025-ci il tarixində saat 18:30 radələrindən başlayaraq zəhərlənmə şübhəsilə 20 nəfər (7-si kişi cinsli, 13-ü qadın cinsli olmaqla) Şəmkir Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə hospitalizasiya olunub. Bu barədə "Report"un Qərb bürosuna TƏBİB-dən məlumat verilib.

Xərçəngə səbəb olan vərdiş açıqlandı
Cəmiyyət

Xərçəngə səbəb olan vərdiş açıqlandı

Alimlər xərçəngin ən ölümcül növlərindən birinə səbəb olan vərdişin adını açıqlayıblar. “Qafqazinfo” Britaniyanın “Daily Mail” nəşrinə istinadən xəbər verir ki, alkoqolun müntəzəm istifadəsi mədəaltı vəzi xərçənginin inkişaf riskini artırır.

Üzə bilən də boğulur, xilas etmək istəyən də...
Cəmiyyət

Üzə bilən də boğulur, xilas etmək istəyən də...

Yay mövsümündə demək olar ki, az qala hər gün suda boğulanlarla bağlı xəbərlərə rast gəlirik. Bəzən də kimsə suda batan başqa birini xilas etmək istəyərkən özü də boğularaq ölür. Bu isə heç də suda boğulan şəxslərin üzə bilməməsi anlamına gəlmir.