
Əmək pensiyaları ilə bağlı qanuna dəyişiklik edilir
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən FED.az-a verilən məlumata görə, “Əmək pensiyaları haqqında” Qanunda 11 maddə üzrə 50-dək əlavə və dəyişiklik edilib.
358 xəbər tapıldı

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən FED.az-a verilən məlumata görə, “Əmək pensiyaları haqqında” Qanunda 11 maddə üzrə 50-dək əlavə və dəyişiklik edilib.

"Bağçalarla bağlı uşaqların qidalanma məsələsi daha çətin və vacib məsələlərdən biridir. Düşünürəm ki, bununla bağlı qaydalar köhnəlib, yeni qaydaların hazırlanması zamanı çatıb. Ancaq həmin qaydaları hazırlamaq zaman tələb edir və bunlar icra oluna bilən olmalıdır. Bu istiqamətdə işlərimiz davam edir”. Bunu jurnalistlərə açıqlamasında təhsil naziri Emin Əmrullayev bildirib.

İyul ayında bayramla əlaqədar qeyri-iş günləri məlum olub. Nazirlər Kabinetinin qərarına əsasən, iyulun 9, 10-u Qurban bayramı günləri müəyyən edilib.

Məlum olduğu kimi, gələn aydan Azərbaycanda əlillik yeni meyarlarla təyin ediləcək. Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları” bu il iyulun 1-dən qüvvəyə minir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əlillik siyasəti şöbəsinin müdiri Sabir Qocayev yeni meyarlarla bağlı “Qafqazinfo”nun suallarını cavablandırıb.

"Kənddən şəhərə" yarmarkalarının piştaxtaları, adətən, boş olur, satış qiymətləri isə bazardan fərqlənmir Piştaxtaların yarısı boşdur, nə məhsul var, nə satıcı... Digərində isə piştaxtalara düzülən meyvə, tərəvəzləri əkib-becərən fermerlər gözə dəymir...

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, Y.Bakuvi küçəsi, 18 ünvanında yerləşən “Buta” klinikasında aparılmış yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcud olduğu, həmin nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edilib.

“Bəzi sosial şəbəkələrdə və mətbuatda qeyd olunan ehtimallara cavab olaraq bildiririk ki, Azərbaycanda meymunçiçəyi virusuna yoluxma faktı qeydə alınmayıb. Yoluxma faktı aşkar olunarsa, bu barədə ictimaiyyətə məlumat veriləcək”.

“Məktəbəqədər hazırlıq qrupları ləğv olunmayacaq”. “Qafqazinfo” xəbər verir ki, bu barədə təhsil naziri Emin Əmrullayev AzTV-də yayımlanan “Hədəf” verilişində bildirib.

Azərbaycan Quş əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının yaydığı məlumatda bildirilir ki, bu günlərdə isə Cənub bölgəsində yerləşən çoxsaylı marketlərdə kütləvi şəkildə “Siyəzən Broyler”in əmtəə nişanından qanunsuz istifadə halı aşkarlanıb.

Türkiyənin Rəqabət Təşkilatı tərəfindən "Trendyol" və "Dolap" şirkətlərinin sahibi DSM Grupa qarşı qanun pozuntusu etdiyinə görə araşdırma başlayıb.