
Azərbaycanda iş saatlarının dəyişdirilməsi təklif olunur
Bir sıra inkişaf etmiş ölkələrin praktikası göstərir ki, işə başlama və işin başa çatma saatlarının, xüsusən də sektor üzrə fərqləndirilməsi tıxacların azaldılmasında istifadə edilən mühüm və səmərəli alətlərdən biridir. Bunu Milli Məclisin deputatı Vüqar Bayramov deyib.










