PRESS REVIEW — PRA.AZ

Xəbərlər

290 xəbər tapıldı

Gələn il 17 milyon manat hansı işsizlərə veriləcək?
Cəmiyyət

Gələn il 17 milyon manat hansı işsizlərə veriləcək?

İşsizlikdən Sığorta Fondunun 2025-cü il üçün büdcə layihəsi Milli Məclisdə birinci oxunuşda qəbul olunub. Sənədə əsasən, fondun gəlir və xərcləri bərabər olmaqla 260 milyon 700 min manat proqnozlaşdırılır. Fondun vəsaitlərinin əhəmiyyətli hissəsi aktiv sosial proqramların maliyyələşdirilməsinə yönəldilsə də 17 milyon manat işsizliyə görə sığorta ödənişləri üçün istifadə olunacaq.

“Ana və körpə ölümləri artıb”
Cəmiyyət

“Ana və körpə ölümləri artıb”

“Ana və körpə ölümlərinin, abortların sayının artmasını müşahidə edirik”. “Qafqazinfo” xəbər verir ki, bunu Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova Aqrar siyasət, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil komitələrinin birgə iclasında 2025-ci ilin büdcə müzakirələri zamanı deyib.

Meymunçiçəyi virusu yayılır: Azərbaycanda vəziyyət necədir?
Cəmiyyət

Meymunçiçəyi virusu yayılır: Azərbaycanda vəziyyət necədir?

Meymunçiçəyi virusu yeni ştamı ilə yenidən gündəmə gəlib. Sentyabrdan bu günə qədər 3 mindən çox insana yoluxan virusun yeni ştamı bu dəfə ABŞ-də qeydə alınıb. İnfeksionist Aytən Ziyadova "Xəzər Xəbər"ə açıqlamasında bildirib ki, virusun tərkibi COVID-dən fərqli olduğundan geniş kütləyə yoluxma halı gözlənilən deyil. Eyni səbəbdən virusun mutasiyası da müşahidə edilmir.

Rusiyada miqrant kvotası təsdiqlənib
Cəmiyyət

Rusiyada miqrant kvotası təsdiqlənib

Rusiya 2025-ci ildə cəmi 10,5 min miqrant qəbul edəcək. 2025-ci ildə 10 min 595 əcnəbi və vətəndaşlığı olmayan şəxsə Rusiya ərazisində müvəqqəti yaşamaq üçün icazə verilməsi planlaşıdırılır.

Kredit kartları şərtləri yüngülləşdirilə bilər
Cəmiyyət

Kredit kartları şərtləri yüngülləşdirilə bilər

Azərbaycanda son illərdə kredit kartlarından istifadə hallarında artım müşahidə edilir. Banklar tərəfindən təklif edilən kartlar vasitəsilə vətəndaşlar nağdlaşdırma, ödənişlər etmək və s. kimi imkanlara sahib olur. Lakin hər bank tərəfindən kartdan xərclənən məbləğin geri qaytarılması üçün müəyyən güzəşt müddəti olur. Bəzi hallarda vətəndaş bu güzəşt müddətini keçir və borcu artır.

Ev sahibi və kirayədə qalanlar cərimələnə bilər
Cəmiyyət

Ev sahibi və kirayədə qalanlar cərimələnə bilər

Sosial şəbəkələrdə kirayə müqaviləsi bağlamayanların cərimələndiyinə dair məlumatlar yayılıb. Bildirilir ki, mənzildə kirayə qalan zaman müqavilə bağlanmadıqda ev sahibi 800, evdə qalan şəxslər isə 50 manat ödəməli olur. Bəs əslində proses necədir?

1 yanvar tarixindən artım olacaq - Əhaliyə ŞAD XƏBƏR
Cəmiyyət

1 yanvar tarixindən artım olacaq - Əhaliyə ŞAD XƏBƏR

Gələn ilin ilk günlərində minimum əməkhaqqı və pensiya məbləğlərində artım olacağı gözlənilir. Bu barədə News24.az-a açıqlamasında iqtisadçı ekspert Eldəniz Əmirov bildirib. Onun sözlərinə görə, artımın olması isə təbii ki, digər pensiya məbləğlərinə də birmənalı şəkildə öz təsirini göstərəcək.