
Azərbaycanda hansı banklar daha çox “cashback” təklif edir? - ARAŞDIRMA
Son zamanlar Azərbaycanda banklar müxtəlif kart məhsullarından istifadəni genişləndirmək üçün stimullaşdırıcı addımları artırıblar. Bunlardan biri də müxtəlif xidmətlərdən istifadə edərkən nağdsız ödəniş edən müştərilərə təklif edilən “cashback”lərdir. Yəni, alış-veriş zamanı ödəniş bank kartı ilə həyata keçirilirsə, bank xərclənilən vəsaitin bir hissəsini yenidən istifadəçisinin hesabına qaytarır





