PRESS REVIEW — PRA.AZ

Xəbərlər

355 xəbər tapıldı

Azərbaycana xaricdən pul köçürmələri 2,3 dəfə artıb
Iqtisadiyyat

Azərbaycana xaricdən pul köçürmələri 2,3 dəfə artıb

2022-ci ilin ilk yarısında Azərbaycana 1 128 milyon ABŞ dolları məbləğində pul baratları daxil olub. Bu barədə "APA-Economics"ə Azərbaycan Mərkəzi Bankından bildirilib. Məluma görə, bu, ötən ilin eyni dövrünə nisbətən 2,3 dəfə çoxdur.

“Pomidor müharibəsi” bitdi
Iqtisadiyyat

“Pomidor müharibəsi” bitdi

Bu il Azərbaycandan ixrac olunan pomidorların böyük hissəsi - bütün ixracın 97,5 faizi Rusiyanın payına düşüb. Məlumata görə, yanvar-iyul aylarında qonşu ölkəyə 109 min ton məhsul ixrac edilib. Bu isə Azərbaycana 130 milyon dollara (221 milyon manata) yaxın gəlir gətirib.

“ƏDV geri al” üzrə qaytarılan məbləğ 15%-dən 20%-ə qaldırılır
Iqtisadiyyat

“ƏDV geri al” üzrə qaytarılan məbləğ 15%-dən 20%-ə qaldırılır

Hazırda Dövlət Vergi Xidməti Vergi Məcəlləsində dəyişiklikləri nəzərdə tutan paketin müvafiq dövlət və özəl qurumları ilə müzakirəsini həyata keçirir. "APA-Economics" xəbər verir ki, təklif edilən dəyişikliyə görə, “ƏDV geri al” üzrə qaytarılan məbləğ ödəniş nağdsız qaydada olduqda hazırkı 15%-dən 20%-ə qaldırılır, ödəniş nağd qaydada olduqda hazırkı 10%-dən 5%-ə endirilir.

Azərbaycanla İsrail arasında investisiya müqaviləsi imzalanıb
Iqtisadiyyat

Azərbaycanla İsrail arasında investisiya müqaviləsi imzalanıb

Azərbaycan İnvestisiya Şirkəti və İsrailin aparıcı qlobal kapital kraudfandinq platforması olan "OurCrowd" şirkəti arasında investisiya müqaviləsi imzalanıb. "APA-Economics" xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov "Tvitter" hesabında paylaşım edib.

Azərbaycanda ən sərfəli biznes krediti təklif edən banklar - ARAŞDIRMA
Iqtisadiyyat

Azərbaycanda ən sərfəli biznes krediti təklif edən banklar - ARAŞDIRMA

Real sektorun, biznesin, xüsusilə kiçik və orta sahibkarlığın inkişafı üçün ən önəmli məsələlərdən biri maliyyə resursları ilə təmin edilməsidir. “APA-Economics” bunu nəzərə alaraq, Azərbaycanda bankların biznes kreditləri ilə bağlı təklif və şərtlərini araşdırıb.