PRESS REVIEW — PRA.AZ

Xəbərlər

353 xəbər tapıldı

Azərbaycanda neftin hasilatı və ixracı – GETDİKCƏ AZALIR - RƏQƏMLƏR
Iqtisadiyyat

Azərbaycanda neftin hasilatı və ixracı – GETDİKCƏ AZALIR - RƏQƏMLƏR

FED.az Energetika Nazirliyinə istinadən xəbər verir ki, 2022-ci ilin yanvar-oktyabr aylarında ölkədə 27,2 milyon ton neft (kondensatla birlikdə) hasil edilib. Bu ötən ilin eyni dövrünə nisbətən 1,6 milyon ton və ya 5,6% azdır. Xatırladaq ki, 2021-ci ilin yanvar-oktyabr aylarında Azərbaycanda 28,8 milyon ton neft çıxarılmışdı.

Azərbaycanda illik inflyasiya - 14%-Ə YAXINLAŞIB
Iqtisadiyyat

Azərbaycanda illik inflyasiya - 14%-Ə YAXINLAŞIB

Cariilin yanvar-oktyabr aylarında istehlak qiymətləri indeksi 2021-ci ilin eyni dövrünə nisbətən 113,7 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 119,4 faiz, qeyri-ərzaq məhsulları üzrə 107,9 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 110,4 faiz təşkil edib.

"S&P Global Ratings" Azərbaycanın iqtisadi artım proqnozunu açıqlayıb
Iqtisadiyyat

"S&P Global Ratings" Azərbaycanın iqtisadi artım proqnozunu açıqlayıb

"APA-Economics" Agentliyə istinadən xəbər verir ki, bu il üzrə real ümumdaxili məhsulun (ÜDM) artımı üzrə proqnozunu 4,0% müəyyən edib. Başqa sözlə, "S&P Global Ratings" aprel proqnozu ilə müqayisədə Azərbaycanda iqtisadi artım proqnozunu 1,3% yüksəldib.

Dolların bahalaşması fonunda manat sabit qalacaqmı?
Iqtisadiyyat

Dolların bahalaşması fonunda manat sabit qalacaqmı?

ABŞ-ın Federal Ehtiyat Sistemi (FES) dolları bahalaşdırmaqda davam edir. Məlum olduğu kimi adıçəkilən qurum noyabr iclasında bu il ərzində artıq, dördüncü dəfə olaraq uçot faizini 75 baza bənd (0,75%) üzrə artıraraq 3,75-4% aralığına çatdırdı. Buna qədər isə 3-3,25% təşkil edirdi.

Azərbaycanın valyuta ehtiyatları 55 milyard dolları keçib
Iqtisadiyyat

Azərbaycanın valyuta ehtiyatları 55 milyard dolları keçib

Azərbaycanın valyuta ehtiyatları bu ilin əvvəlindən 3,5% artaraq 55,1 milyard ABŞ dollarına çatıb. “Report” xəbər verir ki, bunu keçirdiyi mətbuat konfransında Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bildirib. Onun sözlərinə görə, bu, 35 aylıq idxalı maliyyələşdirməyə imkan verir.

Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini artırıb
Iqtisadiyyat

Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini artırıb

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti (İH) uçot dərəcəsinin 0,25 faiz bəndi artırılaraq 7,75%-dən 8%-ə qaldırılması barədə qərar qəbul edib. “Report” xəbər verir ki, faiz dəhlizinin aşağı həddi 1 faiz bəndi artırılaraq 5%, yuxarı həddi isə yenə də 9,25% müəyyən olunub.