
Azərbaycan nefti 78 dollara endi - SON VƏZİYYƏT
Dünya bazarında "Azeri Light" (CIF) markalı neft ucuzlaşıb. FED.az xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 2,26 ABŞ dolları və ya 2,81% azalaraq, 78,07 dollar təşkil edib.
353 xəbər tapıldı

Dünya bazarında "Azeri Light" (CIF) markalı neft ucuzlaşıb. FED.az xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 2,26 ABŞ dolları və ya 2,81% azalaraq, 78,07 dollar təşkil edib.

Nağdsız əməliyyatlar stimullaşdırılacaq. APA-nın xəbərinə görə, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Vergi Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.
2050-ci ilə kimi Azərbaycan yüksək gəlirli ölkələr siyahısına daxil ola bilər. "APA-Economics" xəbər verir ki, bunu "Azərbaycan: Ölkə üzrə İqtisadi Memorandumu"nun ADA Universitetində müzakirəsi zamanı Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri Sara Maykl deyib.

"Hazırda tədavüldə olan nağd pulun həcmi 14.2 mlrd. manat təşkil edir". Bu barədə BAKU.WS-ə eksklüziv olaraq Azərbaycan Respublikasının Mərkəzi Bankından məlumat daxil olub.

"Brent" markalı neftin qiyməti yanvarın 4-dən indiyədək ilk dəfə 79 ABŞ dollarından aşağı düşüb. "Report" xəbər verir ki, bunu Londonun ICE birjasının məlumatları təsdiq edir. Belə ki, neftin qiyməti 4,55% düşərk bir barel üçün 78,92 ABŞ dolları olub. WTI neftinin 2023-cü il yanvar fyuçersləri də 4,45% azalıb, bir barelə görə 73,51 ABŞ dolları təşkil edib.

Uzun illərdir azərbaycanlı sahibkarlar Rusiya bazarlarını özlərinə əsas xarici satış mərkəzi seçiblər. Bu seçimə ərazinin keçmiş sovet məkanı olması və əksəriyyətin rus dilində rahat ünsiyyət qurmaq bacarığı müəyyən qədər təsir edir.

Türkiyə Statistika Qurumu (TÜİK) 2022-ci ilin noyabr ayı üzrə istehlakçı qiymətləri indeksini (inflyasiya göstəricisi) açıqlayıb. Marja xəbər verir ki, Noyabrda ölkədə illik inflyasiya 84,39 faiz təşkil edib (qiymətlər 2021-ci ilin noyabr ayı ilə müqauisədə 84,39% artıb).

Azərbaycanın 2023-cü il üçün dövlət büdcəsinin gəlirləri və xərcləri 53,278 milyon manat artırılır. FED.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq Komitəsinin sədri Tahir Mirkişili qurumun bu gün keçirilən iclasında bildirib.

Dünya bazarında neft qiymətləri müxtəlif istiqamətlərdə dəyişib. Belə ki, WTI markalı neftin yanvar fyuçersləri 0,74% bahalaşaraq, bir bareli 80,57 ABŞ dolları olub. “Brent” markalı neftin fevral fyuçersləri 0,71% ucuzlaşaraq, bir barelin satış qiyməti 86,18 ABŞ dolları təşkil edib.

2022-ci ilin yanvar-oktyabr ayları üzrə Azərbaycanda 38,4 milyard kubmetr təbii qaz hasil edilib.

Azərbaycanda fəaliyyət göstərən iri neft şirkətlərdindən biri “Easydrill”in külli miqdarda vergi borcu yaranıb.

Rusiyadan pul köçürmələrinin azalması və yaşayış dəyərinin artması regionda əlavə bir milyon insanı yoxsulluğa sürükləyə bilər. FED.az xəbər verir ki, bu barədə Beynəlxalq Valyuta Fondunun «Rusiyanın Ukraynadakı müharibəsi Qafqazda, Orta Asiyada yoxsulluğu artıra bilər» adlı hesabatında bildirilir.