PRESS REVIEW — PRA.AZ

Xəbərlər

353 xəbər tapıldı

AZAL Ermənistana 112 min avro ödəyib
Iqtisadiyyat

AZAL Ermənistana 112 min avro ödəyib

“Qafqazinfo” "Sputnik Armenia"ya istinadən xəbər verir ki, buna səbəb 2022-ci ildə Naxçıvana uçuşların həyata keçirilməsidir. Məlumatı Ermənistanın Mülki Aviasiya Komitəsi də təsdiq edib. Belə ki, AZAL bu məbləği yanvarın 1-dən noyabrın 30-dək Ermənistanın hava məkanından keçən uçuşlar üçün ödəyib.

Xaricdən mal gətirənlərin nəzərinə – Prosedur sadələşdirilir, müddət azaldılır
Iqtisadiyyat

Xaricdən mal gətirənlərin nəzərinə – Prosedur sadələşdirilir, müddət azaldılır

FED.az xəbər verir ki, bundan sonra proses sadə və ədalətli meyarlara uyğun aparılacaq və gömrük dəyərləndirilməsinin prosedurları malların təchizat mənbələrindən asılı olaraq fərqləndiriləcək. Mövzu ilə bağlı millət vəkili Vüqar Bayramov AZTV-yə bildirib ki, sahibkar öz məhsulunu Azərbaycana gətirən zaman gömrük dəyərinin hesablanması və elan edilməsi ən çoxu 24 saat ərzində baş tutacaq.

ABŞ iqtisadiyyatı ilə bağlı məlumatların açıqlanmasından əvvəl - DOLLAR UCUZLAŞIR
Iqtisadiyyat

ABŞ iqtisadiyyatı ilə bağlı məlumatların açıqlanmasından əvvəl - DOLLAR UCUZLAŞIR

Ticarət məlumatlarına görə, cümə axşamı səhər dollar digər əsas dünya valyutalarına nisbətdə ucuzlaşır. İnvestorlar ABŞ-dan vacib statistik məlumatların dərcini gözləyirlər.   Bakı vaxtı ilə saat 9.35-ə olan məlumata görə, avronun dollara nisbətdə məzənnəsi əvvəlki bağlanışda olan 1.0603 dollardan 1.0645 dollara yüksəlib (Avro bahalaşıb, dollar ucuzlaşıb).

Mərkəzi Bank uçot dərəcəsini artırdı
Iqtisadiyyat

Mərkəzi Bank uçot dərəcəsini artırdı

Azərbaycanda uçot dərəcəsi 0.25% bəndi artırılaraq 8.25%-ə, faiz dəhlizinin aşağı həddi 1.25 faiz bəndi artırılaraq 6.25%-ə qaldırılıb.

Azərbaycanda ən çox maaş alan kimlərdir? - SİYAHI
Iqtisadiyyat

Azərbaycanda ən çox maaş alan kimlərdir? - SİYAHI

2022-ci ilin yanvar-oktyabr aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 2021-ci ilin müvafiq dövrünə nisbətən 14,5 faiz artaraq 827,9 manat təşkil edib.