
Azərbaycanın qeyri-neft ixracı yanvarda 23% artıb
Bu ilin yanvar ayında Azərbaycanın qeyri-neft ixracının dəyəri 284,53 mln. ABŞ dolları təşkil edib. Bu, 2022-ci ilin analoji ayı ilə müqayisədə 22,6% çoxdur.
353 xəbər tapıldı

Bu ilin yanvar ayında Azərbaycanın qeyri-neft ixracının dəyəri 284,53 mln. ABŞ dolları təşkil edib. Bu, 2022-ci ilin analoji ayı ilə müqayisədə 22,6% çoxdur.

Məlumdur ki, banklarda olan əmanətlər 2016-cı il fevralın 1-dən etibarən yeddi il müddətində vergidən azad edilmişdi, ancaq bu müddət dünən başa çatdı. Məsələ ilə bağlı vətəndaşları maraqlandıran əsas suallardan biri budur ki, öncədən banka qoyulan vəsaitlər də vergiyə cəlb olunurmu?

Yanvarın 31-də "Transparency International" Beynəlxalq Şəffaflıq Təşkilatı Korrupsiyanı Qavrama İndeksini (Corruption Perception Index-CPI) açıqlayıb. CPI 180 ölkə və ərazidə dövlət sektorunda korrupsiya haqqında ekspertlər və biznes adamlarının təsəvvürlərinin, qavrayışının səviyyəsini göstərir.

Mərkəzi Bankın İdarə Heyətinin qərarı ilə uçot dərəcəsi 0,25 faiz bəndi artırılaraq 8,5 faizə, faiz dəhlizinin aşağı həddi 0,5 faiz bəndi artırılaraq 6,75 faizə, faiz dəhlizinin yuxarı həddi isə 0,25 faiz bəndi artırılaraq 9,5 faizə qaldırılıb. Bu barədə Mərkəzi Bankın sədri Taleh Kazımov faiz dəhlizi parametrləri ilə bağlı keçirdiyi mətbuat konfransında deyib.

Yenilənmiş proqnozlara görə baza ssenari üzrə fərziyyələr sabit qalarsa 2023-cü ildə illik inflyasiyanın 8 % ətrafında olacağı gözlənilir.

Azərbaycan iqtisadiyyatına ötən il 3,6 milyard ABŞ dolları xarici investisiya qoyulub. Dövlət Statistika Komitəsindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, 1995-2022-ci ilin 9 ayı ərzində Azərbaycan iqtisadiyyatına ən çox birbaşa xarici investisiya Böyük Britaniya və Şimalı İrlandiya Birləşmiş Krallığı tərəfindən qoyulub

Sabahdan Azərbaycanda yerli bankların və xarici bankın yerli filiallarının fiziki şəxslərin əmanətləri üzrə ödədiyi illik faiz gəlirləri 10% dərəcə ilə vergiyə cəlb ediləcək.

2003-cü ildən 2022-ci il dekabrın 31-dək Azərbaycan Dövlət Neft Fondundan (ARDNF) dövlət büdcəsinə transfertlərin ümumi həcmi 131 milyard 413,3 milyon manat təşkil edib. “2022-ci ildə ARDNF-dən 7 milyard 923 milyon manat vəsait dövlət büdcəsinə transfert edilib”, - deyə məlumatda bildirilir.

Valyuta çıxışına nəzarət güclənib; Rusiyadan göndərişlər artıb, bir də... Ötən ilin ikinci rübündən etibarən Azərbaycan Mərkəzi Bankının keçirdiyi hərraclarda xarici valyutaya olan tələbin kəskin azalması müşahidə olunmaqdadır. Yanvar ayının ötən müddəti ərzində bankların dollar alışı minimum səviyyəyə düşüb.

31 dekabr 2022-ci il tarixində fəaliyyətdə olan bankların cəmi aktivləri 47 milyard 54.9 milyon manat, cəmi öhdəlikləri 41 milyard 432.8 milyon manat, balans kapitalı 5 milyard 622.1 milyon manat olmuşdur.

“Mərkəzi Bankın yanvarın 24-də keçirilmiş valyuta hərracında banklar tərəfindən valyuta sifarişi verilməyib, yəni valyuta satışı olmayıb. Ondan əvvəlki hərracda isə satışın həcmi cəmisi 1.5 milyon dollar olub”. Bu hərracla bağlı fikir bildirən iqtisadçı Samir Əliyev bunun ilk belə hal olduğunu bildirib.

Hazırda Azərbaycanda vaxtı keçmiş kreditlərlə bağlı mənzərə o qədər də pis deyil. 2022-ci ildə 20 milyard manat kredit borcları var. Vaxtı keçmiş kreditlərin həcmi isə təxminən 600 milyona yaxındır ki, bu da 3 faiz həcmindədir.