PRESS REVIEW — PRA.AZ

Xəbərlər

353 xəbər tapıldı

Bu ölkə ilə ikiqat vergitutma aradan qaldırılacaq.
Iqtisadiyyat

Bu ölkə ilə ikiqat vergitutma aradan qaldırılacaq.

Azərbaycanla Yaponiya arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutma aradan qaldırılacaq. “Qafqazinfo” xəbər verir ki, bu, Mili Məclisə daxil olan yeni qanun layihəsində əksini tapıb.

Dünyada dollar qıtlığı: gələn həftə bizi və cibimizi nə gözləyir?
Iqtisadiyyat

Dünyada dollar qıtlığı: gələn həftə bizi və cibimizi nə gözləyir?

Dünyada dollar qıtlığı getdikcə artır. ABŞ Federal Ehtiyatlar Sisteminin (FED) həyata keçirdiyi sərt monetar siyasət dünyanın bir saylı valyutasının dövriyyədəki həcmini kəskin şəkildə azaldıb. Ötən həftə “Bloomberg” bir sıra kasıb və inkişaf etməkdə olan ölkələrdə dollar qıtlığının çox ciddi problemlərə yol açdığına dair məlumat yayıb.

Mərkəzi Bankının valyuta ehtiyatları fevralda azalıb
Iqtisadiyyat

Mərkəzi Bankının valyuta ehtiyatları fevralda azalıb

Azərbaycan Mərkəzi Bankının (AMB) sərəncamında olan rəsmi valyuta ehtiyatlarının həcmi açıqlanıb. PRA.az AMB-yə istinadla xəbər verir ki, bu il martın 1-nə Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatları 9 milyard 43,8 milyon ABŞ dolları təşkil edib. Bu, ötən ayın eyni dövrü ilə müqayisədə 17,6 milyon dollar azdır.

Azərbaycanda pul bazası artıb
Iqtisadiyyat

Azərbaycanda pul bazası artıb

Bu ilin mart ayının 1-nə Azərbaycanda pul bazası 17 248.7 milyon manata yüksəlib. PRA.az barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir. Azərbaycanda pul bazası ötən ay ilə müqayisədə 2% artıb, illik müqayisədə isə 24% artıb.

Azərbaycanda ixrac üçün potensialı olan 100-dən çox məhsul müəyyənləşdirilib
Iqtisadiyyat

Azərbaycanda ixrac üçün potensialı olan 100-dən çox məhsul müəyyənləşdirilib

Azərbaycanda milli ixrac strategiyasının təsdiq edilməsi 2023-cü ilin ikinci rübündə gözlənilir. "Report"xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyinin yanında İxracın və İnvestisiyaların Təşviqi Fondunun ( AZPOMO) icraçı direktoru Yusif Abdullayev bu qurumun 2022-ci ilin yekunlarına və 2023-cü ildə qarşıda duran vəzifələrə dair mətbuat konfransında çıxışı zamanı deyib.

Kreditlərin də faizləri artır?
Iqtisadiyyat

Kreditlərin də faizləri artır?

Məlum olduğu kimi, Azərbaycanda fiziki şəxslərin əmanətləri üzrə ödənilən illik faiz gəlirləri fevralın 1-dən yenidən vergiyə cəlb edilib. Buna qədər isə 7 il müddətində yerli bank və xarici bankın Azərbaycanda fəaliyyət göstərən filialları tərəfindən fiziki şəxslərin əmanətləri üzrə ödənilən illik fai

Azərbaycanda qiymət artımının tempi maaşın artımını üstələyir
Iqtisadiyyat

Azərbaycanda qiymət artımının tempi maaşın artımını üstələyir

Azərbaycanda ərzaq qiymətlərinin artıması tempi maaşların artıması tempini üstələyir. Ötən il maaşlar təxminən 15%, ərzaq qiymətləri isə təxminən 20% artıb. Marja.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, 2022-ci ildə muzdlu işçilərin orta aylıq nominal əməkhaqqısı 2021-ci ilə nisbətən 14,7 faiz artaraq 839,4 manata çatıb.

Sahibkarlığın İnkişafı Fondunun xətti ilə sahibkarlara 2.8 mlrd. manat güzəştli kredit verilib
Iqtisadiyyat

Sahibkarlığın İnkişafı Fondunun xətti ilə sahibkarlara 2.8 mlrd. manat güzəştli kredit verilib

1992-2023-cü illərdə Azərbaycanda Sahibkarlığın İnkişafı Fondunun (SİF) xətti ilə sahibkarlara 2.8 milyard manat ümumi məbləğdə güzəştli kredit verilib. “Həmçinin, indiyədək fondun xətti ilə 42.8 min sahibkara güzəştli kreditlər verilib”, – Fonddan bildiriblər. Maliyyələşdirilmiş layihələrin ümumi dəyəri 6.7 milyard manat həcmində qiymətləndirilir.