PRESS REVIEW — PRA.AZ

Xəbərlər

1936 xəbər tapıldı

Sabah Bakıda bəzi avtobusların hərəkəti dəyişdiriləcək
Xəbər

Sabah Bakıda bəzi avtobusların hərəkəti dəyişdiriləcək

Yanvarın 20-də - Ümumxalq Hüzn Günündə keçiriləcək anım tədbiri ilə əlaqədar, Bakının Parlament prospektindən Şəhidlər Xiyabanı istiqamətində, eləcə də digər ətraf küçə və prospektlərdən keçən müntəzəm marşrut xətləri üzrə avtobusların hərəkət sxemi səhər saatlarından tədbir tam başa çatana qədər dəyişdiriləcək.

Media ilə bağlı cərimələr artırılır
Xəbər

Media ilə bağlı cərimələr artırılır

Media haqqında qanunvericiliyin pozulmasına görə cərimələr artırılır. Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasının gündəliyinə daxil edilən İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.

Azərbaycanda nikah yaşı dəyişdirilir?
Xəbər

Azərbaycanda nikah yaşı dəyişdirilir?

“Uşaqlara qarşı zorakılıq faktları ilə bağlı məsuliyyət növünün qəbul edilməsinə çox böyük ehtiyac var”. APA xəbər verir ki, bunu Ailə, qadın və uşaq məsələləri komitəsinin bu gün keçirilən iclasında komitə sədri Hicran Hüseynova deyib. Komitə sədri bildirib ki, bu, xüsusilə uşaqlara qarşı cinsi zorakılıqla bağlı qəbul edilməlidir:

Vatsap internetsiz də istifadə olunacaq
Xəbər

Vatsap internetsiz də istifadə olunacaq

Vatsap tətbiqi vasitəsilə internet olmadan da mesaj yaza bilmək mümkün olacaq. “Qafqazinfo” xaric yaradılarkən şəxsi məi KİV-ə istinadən xəbər verir ki, “Meta” platforması yeni funksiyanı yaxın zamanlarda istifadəyə verəcək. Platforma İrandakı etirazlar zamanı insanların internetsiz qalması şəraitində ünsiyyət qura bilməməsi zamanı bu yeniliyin effektiv olacağını düşünüblər.

Ötən il doğulan körpələrə daha çox hansı adlar verilib? - SİYAHI
Xəbər

Ötən il doğulan körpələrə daha çox hansı adlar verilib? - SİYAHI

Azərbaycanda ötən il doğulan körpələrə verilən adlar arasında Uğur (2032) ilk yerdə qərarlaşıb. Bu barədə Dövlət Statistika Komitəsi xəbər yayıb. Ötən il ölkədə dünyaya gələn uşaqlara verilən adlar arasında ilk onluqda Uğur, Əli (1865), Zəhra (1820), Hüseyn (1752), Yusif (1656), Aylin (1504), Məryəm (1484), Zeynəb (1476), Fatimə (1263), Mələk (1221) adları yer alıb.

ÜST-dən Azərbaycanda yayılan virusla bağlı açıqlama
Xəbər

ÜST-dən Azərbaycanda yayılan virusla bağlı açıqlama

"Avropada, o cümlədən Azərbaycanda son bir ay ərzində qrip və digər tənəffüs yolu virusların yayılmasında artım müşahidə olunur". Bu barədə APA-nın sorğusuna cavab olaraq Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycan Nümayəndəliyindən xəbər verilib.

Bu yataqlarda 20 ton qızıl ehtiyatı var
Xəbər

Bu yataqlarda 20 ton qızıl ehtiyatı var

İşğaldan azad edilmiş ərazilərdəki qızıl, gümüş və mis yataqlarının ehtiyatı açıqlanıb. “Qafqazinfo” xəbər verir ki, bu barədə Geoloji Kəşfiyyat Agentliyinin İdarə Heyətinin sədri Əli Əliyev bildirib. Onun sözlərinə görə, “Söyüdlü” qızıl yatağında 112,5 ton resurs olub.

Azərbaycanda ən çox maaş bu sahələrdədir
Xəbər

Azərbaycanda ən çox maaş bu sahələrdədir

2022-ci il dekabrın 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 27,6 min nəfər və ya 1,6 faiz artaraq 1732,5 min nəfər olub.

Naxçıvana yeni nazir təyin olundu
Xəbər

Naxçıvana yeni nazir təyin olundu

Naxçıvan Muxtar Respublikasının fövqəladə hallar naziri işdən çıxarılıb.General-leytenant Şamı Abdullayev vəzifəsindən azad olunub. Onun yerinə artıq təyinat olub. Polkovnik Şahin Mirzəyev Naxçıvan MR fövqəladə hallar naziri təyin edilib. Yeni naziri kollektivə fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov təqdim edib.