
Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum olub, ölən və xəsarət alan var
Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum olub. APA xəbər verir ki, hücum zamanı bir nəfər ölüb, bir nəfər xəsarət alıb.
1936 xəbər tapıldı

Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum olub. APA xəbər verir ki, hücum zamanı bir nəfər ölüb, bir nəfər xəsarət alıb.

Azərbaycanda nizama salınması uzun illərdir mümkün olmayan sahələrdən biri, bəlkə də birincisi səhiyyə sistemidir. Səhiyyə Nazirliyi faktiki olaraq səhiyyə siyasətini həyata keçirən qurum kimi bu işlərin öhdəsindən gələ bilmir. Ən acınacaqlı hal isə dərmanlarla bağlıdır. Ölkədə dərman qıtlığı, olan dərmanların da keyfiyyətsizliyi və bahalığı haqda hamı danışır, şikayətlənir.

Hər il 22 min iranlı artıq çəkidən ölür. APA-nın Tehran bürosunun məlumatına görə, bu barədə İranın Səhiyyə Nazirliyinin Qeyri-infeksion Xəstəliklərlə Mübarizə İdarəsi məlumat yayıb.

Araşdırmaya görə, mart ayında Türkiyə, Yunanıstan, Xorvatiya, İslandiya, Kipr və Maltaya ucuz qiymətə biletlər tapmaq olar. Bundan əlavə, mütəxəssislər yazda Barbados, Mavriki və Maldiv adalarına getməyi məsləhət görürlər. Belə ki, bu çimərlik ölkələrinə biletlər aprel ayında ən ucuz olacaq.

Bəzi işçilər müəyyən səbəblərdən uzun müddət məzuniyyət haqqından istifadə etmirlər. Bəs bunun əvəzindən iş yerindən pul tələb edilə bilərmi?Bu halda işçiyə pul verilə bilər. Əmək müqaviləsinə xitam verilməsinin səbəbindən və əsasından asılı olmayaraq işçiyə işdən çıxan günədək istifadə etmədiyi bütün iş illərinin əsas məzuniyyətlərinə görə pul əvəzi ödənilməlidir.

Səhiyyə Nazirliyinin tabeliyindəki müəssisələrin maaşları Vahid Tarif Cədvəli (VTC) ilə tənzimləndiyi üçün onların əmək haqqları yanvarın 1-dən etibarən artırılıb. Bununla bağlı, Nazirlər Kabineti tərəfindən qərar da qəbul olunub. Bundan sonra isə müəllimlərin maaş artımı ilə bağlı suallar yaranıb.

Finlandiya 2019-cu ildən Türkiyəyə tətbiq etdiyi silah embarqosunu ləğv edib. “Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bunu Finlandiya Müdafiə Nazirliyi bildirib. Nazirlik 2019-cu ildən qüvvədə olan “Türkiyəyə hərbi texnika ixracına qoyulan embarqonu” ləğv etdiyini və ona satış üçün lisenziya verildiyini açıqlayıb.

“Heydər Əliyevin 100 illiyi ilə bağlı böyük əfv qərarı həyata keçiriləcək”. “Qafqazinfo” xəbər verir ki, bu fikirləri İnsan hüquqları komitəsinin iclasında komitənin sədri Zahid Oruc deyib. O bildirib ki, komitəyə əfv qərarları ilə bağlı müraciətlər var: “Ulu Öndərin 100 illiyi ilə bağlı böyük əfv qərarı icra ediləcək”.

“İcbari tibbi sığorta haqqında” yeni qanun layihəsi hazırlana bilər. “Report” xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov komitənin yanvarın 25-də keçirilən iclasında deyib.

2022-ci il ərzində Azərbaycanda, ümumilikdə, 109 602 mənzil alqı-satqısı müqaviləsi rəsmiləşdirilib. Ədliyyə Nazirliyinin məlumatına görə, evlərdən 1974-ü əcnəbilər, 107 628-i isə yerli vətəndaşlar tərəfindən əldə edilib.

Nazirlər Kabineti “Dövlət qulluğu ilə bağlı bəzi məsələlərin tənzimlənməsi haqqında” Qərarında dəyişiklik edib. Dəyişikliklərə əsasən, 2023-cü il yanvarın 1-dən etibarən dövlət orqanlarında çalışan dövlət qulluqçusu olmayan işçilərin (qeydiyyatçı, nəzarətçi, təsərrüfat işçisi, xadimə, dalandar, bağban, gözətçi, ocaqçı, ixtisas dərəcəsi olmayan fəhlə və s.) aylıq vəzifə maaşları artırılıb.

“Azərkosmos" bu il 2-6 oktyabr tarixlərində Bakıda keçiriləcək Beynəlxalq Astronavtika Konqresinin təşkil edilməsi məqsədilə sərgi pavilyonu konstruksiyalarının satın alınması tenderinə yekun vurub.