PRESS REVIEW — PRA.AZ

Xəbərlər

1954 xəbər tapıldı

Müşfiq Hətəmov “Space”dən getdi - Yeni rəhbər o oldu
Xəbər

Müşfiq Hətəmov “Space”dən getdi - Yeni rəhbər o oldu

"Space" TV-də rəhbər dəyişikliyi olub. Məlumata görə, televiziyanın baş direktoru, Əməkdar incəsənət xadimi Müşfiq Hətəmov başqa işə keçməsi ilə əlaqədar telekanaldan ayrılıb. Onu "Parni iz Baku” KVN komandasının keçmiş üzvü Vado Korovin əvəz edib. Qeyd edək ki, M. Hətəmov bu vəzifəyə 2021-ci ilin may ayında təyin olunmuşdu.

Dağıntılar altında 4 azərbaycanlı tələbə qalıb
Xəbər

Dağıntılar altında 4 azərbaycanlı tələbə qalıb

Malatyada bir binanın dağılması nəticəsində 4 tələbəmiz dağıntılar altında qalıb. “Qafqazinfo” xəbər verir ki, bunu Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov deyib. ARB24-də danışan diplomat bildirib ki, günortaya yaxın həmin tələbələrin dağıntılar altından çıxarılması üçün qazıntı işləri aparılırdı. Lakin yandakı iki binanın uçması nəticəsində xilasetmə işləri dayandırılıb.

Azərbaycanda qəzet və saytlara verilən maddi yardımlar vergilərdən azad edilir
Xəbər

Azərbaycanda qəzet və saytlara verilən maddi yardımlar vergilərdən azad edilir

Bununla bağlı Vergi Məcəlləsinə dəyişiklik təklif olunur. Layihənin qeyd hissəsində əsaslandırılıb ki, “Media haqqında” qanunun 4-cü maddəsində medianın inkişafının təşviqi və media subyektlərinin fəaliyyətini stimullaşdırması nəzərdə tutulur. Həmin qanuna uyğun olaraq Vergi Məcəlləsinə dəyişikliklər edilməsi təklif olunur.

“Hər zaman Türkiyənin yanındayıq”
Xəbər

“Hər zaman Türkiyənin yanındayıq”

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Türkiyənin xarici işlər naziri Mevlut Çavuşoğluya zəng vurub. C.Bayramov qardaş Türkiyənin Kahramanmaraş, Qaziantep və digər cənub bölgələrində baş vermiş güclü zəlzələ nəticəsində həlak olanların ailələrinə, Türkiyə hökumətinə və xalqına başsağlığı diləklərini çatdırıb

Türkiyədə daha bir zəlzələ baş verdi
Xəbər

Türkiyədə daha bir zəlzələ baş verdi

Balıkesir şəhərində 4,6 bal gücündə zəlzələ baş verib. Şəhərin valisi Hasan Şıldak şəhərdə hər hansı dağıntı və xəsarət alanların olmadığını açıqlayıb. Xatırladaq ki, Türkiyədə bu gün səhər saatlarında 7,4 bal gücündə zəlzələ baş verib.

Marketlərdə polietilen torbalar pullu olacaq
Xəbər

Marketlərdə polietilen torbalar pullu olacaq

Bakıda marketlərdə alıcılara verilən polietilen torbalar yaxın günlərdən etibarən ödənişli ola bilər. PRA..az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bununla bağlı Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən iri market şəbəkələrinə məktub göndərilib. Məktubda qeyd olunur ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müraciəti əsasında qalınlığı 15-20 mikron olan yüngülçə

Banklar kartlardakı depozit gəlirindən vergi tutacaq
Xəbər

Banklar kartlardakı depozit gəlirindən vergi tutacaq

Azərbaycanda buraxılmış bank kartları üzrə vəsait qalığına hesablanan gəlirdən 10 faiz dərəcəsi ilə vergi tutulacaq. Bu barədə cümə günü Trend-ə maliyyə bazarındakı mənbə bildirib. Mənbənin sözlərinə görə, bu faiz bank tərəfindən tutularaq Dövlət Vergi Xidmətinə (DVX) ödəniləcək.

Azərbaycanda kredit faizləri yenidən artacaq?
Xəbər

Azərbaycanda kredit faizləri yenidən artacaq?

“Mərkəzi Bankda hesab edirlər ki, depozit gəlirlərində güzəştlərin ləğvindən sonra banklar həmin xərci öz depozit faizlərində əks etdirəcək. Yəni, güzəşt müddəti uzadılmazsa, əmanət gəlirləri vergiyə cəlb olunarsa, o halda banklar depozitlər üzrə faizləri artıracaq”​.