
“Hər zaman Türkiyənin yanındayıq”
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Türkiyənin xarici işlər naziri Mevlut Çavuşoğluya zəng vurub. C.Bayramov qardaş Türkiyənin Kahramanmaraş, Qaziantep və digər cənub bölgələrində baş vermiş güclü zəlzələ nəticəsində həlak olanların ailələrinə, Türkiyə hökumətinə və xalqına başsağlığı diləklərini çatdırıb










