
Rusiya XİN BMT sülhməramlılarının Qarabağa göndərilməsi təklifinə münasibət bildirib
“BMT sülhməramlılarının Qarabağa göndərilməsi ideyası real deyil. Regionda sülhün və təhlükəsizliyin bərpası vəzifəsini Rusiya sülhməramlı kontingenti effektiv şəkildə həll edir". “Report” Rusiya KİV-ə istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin Beynəlxalq Təşkilatlar Departamentinin direktoru Petr İliçev deyib.










