PRESS REVIEW — PRA.AZ

Xəbərlər

1936 xəbər tapıldı

Azərbaycanda illik inflyasiya - AÇIQLANDI
Xəbər

Azərbaycanda illik inflyasiya - AÇIQLANDI

2023-cü ilin yanvar ayında istehlak qiymətləri indeksi (inflyasiya göstəricisi) 2022-ci ilin yanvar ayına nisbətən 13,6 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 17,5 faiz, qeyri-ərzaq məhsulları üzrə 12,2 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 9,7 faiz artıb.

Türkiyədə zəlzələ nəticəsində 4 azərbaycanlı həlak olub
Xəbər

Türkiyədə zəlzələ nəticəsində 4 azərbaycanlı həlak olub

Bildirilib ki, bu günədək 4 nəfər Azərbaycan vətəndaşının - 1980-ci il təvəllüdlü Bünyatova Nailə Aydın qızı, 1973-cü il təvəllüdlü Məmmədova (Ökten) Rəna Xudaverdi qızı, 1975-ci il təvəllüdlü Məmmədova Sevinc Eldar qızı və 1976-cı il təvəllüdlü Karlı Leyla Vahid qızının vəfatı barədə məlumat mövcuddur. Vəfat edən şəxslərin yaxınları ilə əlaqə saxlanılıb.

XİN Türkiyəyə göndərilən humanitar yardımın həcmini açıqlayıb
Xəbər

XİN Türkiyəyə göndərilən humanitar yardımın həcmini açıqlayıb

Azərbaycan Xarici İşlər Nazirliyi fevralın 6-9-da baş vermiş dəhşətli zəlzələdən sonra qardaş Türkiyəyə göndərilən humanitar yardım barədə statistik rəqəmləri açıqlayıb. "Report" xəbər verir ki, bu barədə XİN tviterdə paylaşım edib. Belə ki, zəlzələ baş verən gündən Türkiyəyə 745 nəfərlik tibbi və xilasedici heyət yola düşüb.

“Bu gün Bakıda tikilən binalar 2000-ci ildəkindən də davamlıdır”
Xəbər

“Bu gün Bakıda tikilən binalar 2000-ci ildəkindən də davamlıdır”

Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəis müavini Elxan Əsədov baş verə biləcək zəlzələlər zamanı Azərbaycandakı tikililərin dözümlülük səviyyəsi, meydana çıxa biləcək problemlərlə bağlı APA-nın suallarını cavablandırıb.

Azərbaycandan Türkiyəyə 20 TIR humanitar yardım göndərildi
Xəbər

Azərbaycandan Türkiyəyə 20 TIR humanitar yardım göndərildi

Azərbaycan xalqının Kahramanmaraşda zəlzələ nəticəsində zərər çəkmiş vətəndaşlar üçün topladığı humanitar yardımı daşıyan yük maşınları Bakıdan Türkiyəyə yola düşüb. Türkiyənin Bakıdakı səfiri Cahit Bağcı kampaniya çərçivəsində toplanan paltar, ədyal, quru qida və gigiyena materiallarından ibarət 20 TIR-ı yola salıb.

Bakıda daha bir neçə ünvanda Türkiyə üçün yardımların toplanmasına başlanılıb - SİYAHI
Xəbər

Bakıda daha bir neçə ünvanda Türkiyə üçün yardımların toplanmasına başlanılıb - SİYAHI

Yardımlar paytaxtın Ziya Bünyadov prospekti, Xarici dairəvi küçəsi 2038 məhəllədə (73 saylı tam orta məktəbin yanı) yerləşən “Azərsun Holdinq”in Satınalmalar Mərkəzi, Səməd Vurğun küçəsində Göy məscidin yaxınlığında, Salyan Şoesi 22 - Binə bazarının 14-cü sıra ilə üzbəüz yerləşən Aqro terminalda və Ağ şəhər - Yaşıl Ada nömrə 2 ünvanlarında toplanır.

Azərbaycandan növbəti 228 nəfərlik xilasetmə heyəti Türkiyəyə yola salınıb
Xəbər

Azərbaycandan növbəti 228 nəfərlik xilasetmə heyəti Türkiyəyə yola salınıb

Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarına dəstək məqsədilə Fövqəladə Hallar Nazirliyinin növbəti 228 nəfərlik şəxsi heyəti qardaş ölkəyə yola salınıb.