
Azərbaycanın bu il qızıl ixracından gəlirləri 25% azalıb
Bu ilin yanvar-fevral aylarında Azərbaycan 15,3 mln. ABŞ dolları dəyərində qızıl ixrac edib, bu da illik müqayisədə 25% azdır.
1936 xəbər tapıldı

Bu ilin yanvar-fevral aylarında Azərbaycan 15,3 mln. ABŞ dolları dəyərində qızıl ixrac edib, bu da illik müqayisədə 25% azdır.

“Ermənistan 30 il ərzində Azərbaycan ərazilərini işğal altında saxlayıb. Bu hərbi təcavüz nəticəsində Azərbaycan-İran dövlət sərhədinin 132 kilometrlik hissəsi də işğal edilib. Lakin, İran tərəfi bir dəfə də olsun Ermənistana münasibətdə ittihamedici açıqlama verməyib”.

ABŞ administrasiyası “The Wall Street Journal” müxbiri Evan Qerşkoviçin həbsinə görə bütün vətəndaşlarını Rusiyanı tərk etməyə çağırıb. “Qafqazinfo” xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Karin Jan-Pier açıqlama yayıb.

2022-ci ildə Azərbaycan iqtisadiyyatına cəlb olunmuş birbaşa xarici investisiyaların məbləği 6,276 milyard ABŞ dolları təşkil edib. "Report" Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, 2021-ci illə müqayisədə 30,9 % çoxdur. Hesabat dövründə investisiyalarda neft-qaz sektorunun xüsusi çəkisi 71 % olub ki, bu da 1 il əvvələ nisbətən 12,5 faiz bəndi azdır.

Azərbaycanın ən yüksək dərəcəli medalı “Heydər Əliyevin 100 illiyi (1923-2023)” yubiley medalı olacaq. “Report”un xəbərinə görə, bu barədə “Heydər Əliyevin 100 illiyi (1923-2023)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” qanuna dəyişiklik layihəsində əksini tapıb.

Nazirlər Kabinetinin 29 mart tarixli qərarı ilə artıq zavod buraxılış tarixi 10 ildən çox olan minik avtomobillərinin Azərbaycana gətirilməsi məhdudlaşdırılacaq. Bir aydan sonra qərar qüvvəyə minir. Bir çox şəxslər avtomobillərini artıq sifariş edib və onların gətirilməsi qərarın qüvvəyə minəcəyi tarixdən sonra olacaq. Bəs onlarla bağlı hansı addım atılacaq?

İsrailin Tel-Əviv şəhərində Azərbaycan səfirliyinin açılış mərasimi baş tutub.

Güzəştli ipoteka krediti və sosial mənzil almaq hüququ verilən şəxslərin siyahısına səhiyyə işçilərinin də əlavə edilməsi təklif olunur.

Zavod buraxılış tarixinə görə yaşı 10 ildən çox olan minik avtomobillərinin (raritet minik avtomobilləri və gömrük ərazisinə müvəqqəti gətirilən minik avtomobilləri istisna olmaqla) Azərbaycan Respublikası ərazisinə gətirilməsi məhdudlaşdırılıb.

“Ukrayna ilə sülh müqaviləsinin imzalanması üçün bu dövlət neytral olmalı, bloklara, o cümlədən NATO və Avropa İttifaqına (Aİ) üzv olmamalıdır”. Bunu Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin deyib.

Bu barədə Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov məlumat verib.Onun sözlərinə görə, ölkədə müşahidə olunan dərman qıtlığı ilə bağlı məsələnin həlli vacibdir: “Müvafiq qurumlarla danışıqlar aparılan zaman Nazirlər Kabinetində dərman vasitələri haqqında yeni sənədin hazırlandığı bildirilir.

Türkiyədə zəlzələ hadisəsində binaların dağılması ilə bağlı iş üzrə 325 nəfər həbs edilib.