
Nazir: “AZAL ölkədə illik gəlirləri 1 milyard manatın üzərində olan nadir şirkətlərdəndir”
"Azərbaycan Hava Yolları" (AZAL) QSC ölkədə nadir şirkətlərdəndir ki, onun illik gəlirləri 1 milyard manatın üzərindədır.
1936 xəbər tapıldı

"Azərbaycan Hava Yolları" (AZAL) QSC ölkədə nadir şirkətlərdəndir ki, onun illik gəlirləri 1 milyard manatın üzərindədır.

Abşeron yarımadasında 6 əsas sürüşmə sahəsi (Bayıl yamacı, Badamdar, Nübar, Masazır yaşayış massivi, Qaraçur, Günəşli və Zığ 1) mövcuddur ki, bu sahələrdən hələlik Bayıl yamacı stabil vəziyyətdədir.

Bu gün Bakıda məktəblilər arasında zəhərlənmə olub. PRA .az Oxu.Az-a istinadən məlumatına görə, zəhərlənmə paytaxtın A.Hüseynzadə adına 20 nömrəli məktəbində qeydə alınıb. İlkin ehtimala görə, zəhərlənmə ibtidai sinif şagirdləri arasında qeydə alınıb.

06 aprel 2023-cü il tarixində gündüz saatlarınadək Bakı şəhəri Cəlil Məmmədquluzadə və İzmir küçələrinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq. Bu barədə Azərsu” ASC-dən bildirilib. Bildirilib ki, məhdudiyyətlər magistral su kəmərində təmir-bərpa işlərinin aparılması ilə əlaqədar olacaq.

Bakıda və Abşeron yarımadasında aprelin 6-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Paytaxtda və ətraf ərazilərdə tıxaclar getdikcə artmaqdadır. Sanki mənzərə yaranır ki, nəqliyyat sistemi idarəolunmaz vəziyyətə gəlib. Hökumətin bununla bağlı hansı tədbirləri var? Aparıcı beynəlxalq konsaltinq şirkətləri cəlb olunmaqla ictimai nəqliyyatın idarə edilməsi və mobillik modeli hazırlanır.

Azərbaycanda əhalinin orta sıxlığı hər kv. km-də təqribən 92 nəfər, Bakı şəhəri aqlomerasiyasında 840 nəfər/kv. km, Abşeron iqtisadi rayonu üzrə 400 nəfər/kv. km təşkil edir. Bunu “Report”a müsahibəsində rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov paytaxtda və ətraf ərazilərdə tıxacların artmasının səbəbini açıqlayarkən bildirib.

Azərbaycan yeni avtomobillərin qiymətlərində yaya qədər artım gözlənilməsə də, təkrar bazarda mayın ortasından sonra 3-5 % civarında bahalaşma gözlənilir.

Daha iki yolda sürət həddinin endirilməsi ilə əlaqədar olaraq müvafiq yol nişanları quraşdırılıb. Bu barədə Bakı Nəqliyyat Agentliyindən (BNA) məlumat verilib. Bildirilib ki, Babək prospektində müvafiq yol nişanları quraşdırılaraq maksimum sürət həddi 60-80 km/saatdan 60 km/saat-a, Qala-Pirallahı yolunda isə 100 km/saatdan 90 km/saata endirilib.

“Forbes” ən zəngin milyarderlərin illik reytinqini açıqlayıb. Siyahıya LVMH qrupunun (“Christian Dior”, “Louis Vuitton”, “Moet & Chandon” brendləri) sahibi Bernar Arno başçılıq edir. Sahibkarın və ailəsinin sərvəti 211 milyard dollar (əvvəlki ildə 158 milyard) qiymətləndirilir. 2022-ci ildə böhrandan sonra fransız iş adamı siyahıda kapitalı 200 milyard dolları keçən yeganə milyarder olub.

Azərbaycanın işğaldan azad edilmiş ərazilərində 40-a yaxın avtomobil yolu inşa olunmaqdadır.bu barədə çərşənbə axşamı "Proyapı" şirkətinin Azərbaycandakı idarəetmə heyətinin sədr müavini Akif Aygen deyib. Onun sözlərinə görə, avtomobil tunellərinin əsas hissəsi Şuşa şəhəri istiqamətində inşa olunan yollarda cəmlənib.

Dövlət Turizm Agentliyi 2026-cı ilə qədər ölkəyə gələn xarici turistlərin illik sayını 4 milyona çatdırmağı hədəfləyir.