
Özəlləşdirmə və icarədən dövlət büdcəsinə 26,5 milyon manat - DAXİL OLUB
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti dövlət əmlakının özəlləşdirilməsi və icarəyə verilməsi, hərracların təşkili sahəsində işləri davam etdirir.
1936 xəbər tapıldı

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti dövlət əmlakının özəlləşdirilməsi və icarəyə verilməsi, hərracların təşkili sahəsində işləri davam etdirir.

Qarabağ ermənilərinin nümayəndələri Azərbaycan tərəfinə görüş keçirilməsi ilə bağlı təklif ünvanlayıblar.

Türkiyə əhalisinin yarıdan çoxu dövlət başçısı postuna mayın 14-də keçiriləcək seçkilərdə ölkənin hazırkı Prezidenti Rəcəb Tayyib Ərdoğanın qələbə qazanacağına inanır. FED.az xəbər verir ki, bu barədə məlumat ictimai rəylərin tədqiqi ilə məşğul olan “Optimar” kompaniyasının keçirdiyi sorğunun nəticələrində əksini tapıb.

“Apteklərdə satılan bəzi dərmanların içərisindəki həblərin sayında fərqlər olur. Bununla da dərman satışı ilə məşğul olanlar gəlir əldə etmək mənafeyi güdmüş olur”. “Qafqazinfo” xəbər verir ki, bu fikirləri deputat Siyavuş Novruzov Milli Məclisin iclasında deyib. Deputat qeyd edib ki, bu gün ölkədə fəaliyyət göstərən alman apteklərində qiymətlər, hətta Almaniyanın özündən 20 dəfə bahadır:

Türkiyənin pilotsuz döyüş təyyarəsi “Kızılelma” 2025-ci ildə istifadəyə veriləcək. “Qafqazinfo” Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə məlumatı “Baykar” şirkətinin texniki direktoru Selçuk Bayraktar açıqlayıb. Onun sözlərinə görə, hazırda “Kızılelma”nın sınaq uçuşları davam etdirilir. O bildirib ki, pilotsuz təyyarə 2023-cü ilin sonuna qədər istehsala hazır olacaq.

Bu gecə saat 02:00-dan 04:00-a qədər Mərdəkan-Zağulba avtomobil yolunun 8-ci km-də avtonəqliyyat vasitələrinin hərəkəti hissə-hissə qismən məhdudlaşdırılacaq (yol bağlanmır). Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb. Məlumata görə, hərəkətin məhdudlaşdırılması yolun həmin hissəsində yeni inşa edilən yerüstü piyada keçidinin platformasının

“İran Azərbaycandakı səfirini dəyişmək niyyətində deyil”. Musavat.com “Entekhab.ir” portalına istinadən xəbər verir ki, bu barədə məlumatı İran XİN-in rəsmi nümayəndəsi Naser Kənani açıqlayıb.

İsrail ötən il Rusiyadan araq idxalı üzrə dünya lideri olub. Bu barədə aprelin 9-da BMT-nin “Comtrade” platformasının məlumatlarına əsasən xəbər yayılıb. Bildirilib ki, İsrail tərəfindən idxal bir il əvvəlki 5,7 milyon dollardan 24,7 milyon dollara qədər artıb.

Səhiyyə Nazirliyi son günlər Bakının Yasamal və Qaradağ rayonlarında, Abşeronun Masazır qəsəbəsində, eləcə də Sumqayıt şəhərində orta məktəblərdə şagirdlər arasında yayılan suçiçəyi virusu ilə əlaqədar məlumat yayıb. Məsələ ilə bağlı nazirlikdən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, bu xəstəlik mövsümi xarakter daşıyır:

Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Qlobal Ərzaq Qiymətləri İndeksi ardıcıl 12 aydır aşağı düşür. Marja xəbər verir ki, FAO-nun Ərzaq Qiymətləri İndeksi mart ayında aylıq 2,15 faiz, illik 20,5 faiz azalıb.

Müvafiq əsaslarla tikinti işlərinin dayandırılması barədə qərarda nəzərdə tutulan pozuntular 1 l ərzində aradan qaldırılmadıqda tikintisi başa çatmış və ya çatmamış tikinti obyekti və ya onun hissəsi söküləcək.

Bakının mərkəzi prospektində asfalt örtüyü dəyişdirilir. Bakı Şəhər Dövlət Yol Polisi (DYP) İdarəsinin baş inspektoru polis mayoru Araz Əsgərli "Qafqazinfo"ya bildirib ki, paytaxtın Azneft dairəsində asfalt örtüyünün dəyişdirilməsi məqsədilə təmir bərpa işləri aparılır: