PRESS REVIEW — PRA.AZ

Xəbərlər

1936 xəbər tapıldı

Vahid Ələkbərovun oğlu yenə liderdir
Xəbər

Vahid Ələkbərovun oğlu yenə liderdir

“Forbes” rusiyalı milyarderlərin 49 ən varlı varislərinin cari ilin 10 mart tarixinə olan reytinqini açıqlayıb. “Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, reytinqə azərbaycanlı iş adamı, “Lukoyl” şirkətinin təsisçisi Vahid Ələkbərovun oğlu Yusif Ələkbərov rəhbərlik edib. Onun mirası 20,5 milyard dollar təşkil edir.

Əhaliyə XƏBƏRDARLIQ EDİLDİ
Xəbər

Əhaliyə XƏBƏRDARLIQ EDİLDİ

Bəzi təhlükəsizlik qaydaları ilə əlaqədar Fövqəladə Hallar Nazirliyi (FHN) əhaliyə müraciət edib.

Bu ilin sonundan etibarən Şuşaya ilkin olaraq 1 500 sakinin köçürülməsi nəzərdə tutulub
Xəbər

Bu ilin sonundan etibarən Şuşaya ilkin olaraq 1 500 sakinin köçürülməsi nəzərdə tutulub

Bu ilin sonundan etibarən Şuşa şəhərinə ilkin olaraq 1 500 sakinin köçürülməsi nəzərdə tutulub. “Report”un Şuşaya ezam edilmiş müxbirinin verdiyi məlumata görə, Azərbaycan Prezidentinin Şuşa şəhərində xüsusi nümayəndəliyinin baş məsləhətçisi Kənan Quliyev bunu bu gün Şuşa şəhərində keçirilən İdarələrarası Mərkəzin “Enerji təminatı məsələləri” üzrə İşçi Qrupunun 66-cı iclasında bildirib.

İyunda 7 gün ardıcıl iş olmayacaq - Qərar
Xəbər

İyunda 7 gün ardıcıl iş olmayacaq - Qərar

Nazirlər Kabineti iş və istirahət günlərinin yerlərinin dəyişdirilməsi haqqında qərar verib. “Qafqazinfo” xəbər verir ki, müvafiq Qərarı Baş nazir Əli Əsədov imzalayıb. İş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2023-cü ilin 27 və 30 iyun iş günləri ilə müvafiq olaraq 24 və 25 iyun istirahət günlərinin yerləri dəyişdirilib.

Rüfət Quliyev: "Azərbaycanda içməli suyun qiymətini saxlaya bilməyəcəyik"
Xəbər

Rüfət Quliyev: "Azərbaycanda içməli suyun qiymətini saxlaya bilməyəcəyik"

Azərbaycanda içməli suyun qıtlığı səbəbindən qiymətini saxlaya bilməyəcəyik. "Report" xəbər verir ki, bunu deputat Rüfət Quliyev Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında deyib. "Azərbaycan dünyada içməli sudan əziyyət çəkən ölkələrdən biridir. Bu problem ilbəil artır. Biz suyun qiymətini saxlaya bilməyəcəyik", - deputat bildirib.