
Rusiyanın Ukraynadakı itkilərinin sayı 220 mini ötdü
“Rusiya ordusu ötən ilin fevralından bu günə qədər Ukraynada təqribən 220 450 hərbçi itirib”.
1936 xəbər tapıldı

“Rusiya ordusu ötən ilin fevralından bu günə qədər Ukraynada təqribən 220 450 hərbçi itirib”.

İyunun 19-u saat 00:45-dən saat 02:20-dək Azərbaycan Ordusunun bölmələri tərəfindən guya Ermənistan silahlı qüvvələrinin Zod və Arazdəyən istiqamətlərində yerləşən mövqelərinin müxtəlif çaplı atıcı silahlardan atəşə tutulması barədə bu ölkənin müdafiə nazirliyinin yaydığı məlumat tamamilə yalandır, həqiqətə uyğun deyil.

Azərbaycanda qadınlarla kişilər arasında pensiya məbləğində fərqin aradan qaldırılması üçün xüsusi əmsallardan istifadə edilməlidir. "Report" xəbər verir ki, bu təkliflə Milli Məclisin bu gün keçirilən növbədənkənar iclasında deputat Vüqar Bayramov çıxış edib.

2022-2023-cü tədris ili ərzində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan bir sıra ümumi təhsil müəssisələrinə yeni direktor təyinatları həyata keçirilib, bəzi direktorların əmək müqaviləsinə xitam verilib, həmçinin bir sıra məktəb direktorlarının iş yerləri dəyişdirilib.

Bu, Prezident İlham Əliyevin imzaladığı "Qeyri-yaşayış təyinatlı bəzi tikinti obyektlərinin istismarına icazə verilməsi ilə bağlı əlavə tədbirlər haqqında" fərmanında öz əksini tapıb.

ABŞ Prezidentinin silahlara nəzarət üzrə keçmiş nümayəndəsi Marşal Billinqsley bildirib ki, Çin dünya bazarında ABŞ dollarının mövqeyinə ciddi təhlükə yaradır.

"YouTube" sosial platforması burada yerləşdirilən video kontentin monetizasiyası, yəni buradan qazanc əldə edilməsi qaydalarını dəyişib.

Bu ilin sonunadək ümumilikdə 2 minə yaxın məcburi köçkün ailəsinin, yəni 10 minə yaxın keçmiş məcburi köçkünün Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında öz doğma el-obalarına qayıdışı və daimi məskunlaşdırılması nəzərdə tutulub.

İnformasiya və rabitə sahəsində fəaliyyət göstərən müəssisələr tərəfindən 2023-cü ilin yanvar-may aylarında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə göstərilmiş xidmətlərin dəyəri real ifadədə 13,5% artaraq 1168,7 milyon manat təşkil edib. “APA-Economics” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu xidmətlərin 76,7%-i əhali tərəfindən istehlak olunub.

14 ölkədən gələn səyahətçilərin Qarabağa və Şərqi Zəngəzura səfərinə ilk olaraq Ağdamdan start verilib. APA-nın Qarabağ bürosunun xəbər verir ki, Ağdama səfər zamanı qonaqlara minalı sahələr barədə məlumat verilib. Nümayəndə heyətinə Most Traveled People təşkilatının rəhbəri, dünyanın səyyah elitasında böyük nüfuza sahib ABŞ vətəndaşı Charles Veley başçılıq edir.

"Biz istənilən vaxt Şuşada Baş Konsulluğumuzu açmağa hazırıq. Şuşadakı Baş Konsulluğumuz açılsa, bu, bütün dünyaya, xüsusən də Ermənistana fərqli mesaj olar". "Unikal" xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan lideri İlham Əliyevlə birgə mətbuata bəyanatında deyib.

Bu ilin yanvar-may aylarında Azərbaycanın iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 5 milyard 858,2 milyon manat məbləğində vəsait yönəldilib.