PRESS REVIEW — PRA.AZ

Xəbərlər

1936 xəbər tapıldı

Əcnəbilərin Bakı-Naxçıvan reysindən istifadəsinə qadağa qoyuldu
Xəbər

Əcnəbilərin Bakı-Naxçıvan reysindən istifadəsinə qadağa qoyuldu

“Əcnəbi vətəndaşlar və Azərbaycan ərazisində oturum icazəsi olanların mövcud vəziyyətlə əlaqədar quru yolla sərhəd keçid məntəqələrindən keçidi mümkün olmadığından, onların Bakı-Naxçıvan reysilə Naxçıvana getmələri də mümkün deyil”. “Qafqazinfo” xəbər verir ki, bu barədə Bakı Beynəlxalq Avtovağzal Kompleksi (BBAK) məlumat yayıb.

Reseptdə dərman vasitələrinin ticarət adı deyil, tərkibi yazılacaq
Xəbər

Reseptdə dərman vasitələrinin ticarət adı deyil, tərkibi yazılacaq

Reseptdə dərman vasitələrinin ticarət adının deyil, tərkibinin yazılması tələbi müəyyən edilir. APA xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Dərman vasitələri haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Bu tarixdə yeni 1 manatlıqlar tədavülə buraxılacaq
Xəbər

Bu tarixdə yeni 1 manatlıqlar tədavülə buraxılacaq

“1 manatlıq əsginaslar tez köhnəldiyi üçün avqust, sentyabr ayında yeni 1 manatlıqlar, yeni imza ilə tədavülə buraxılacaq”. “Qafqazinfo” xəbər verir ki, bu fikirləri Mərkəzi Bankın sədri Taleh Kazımov Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” qanuna təklif edilən dəyişikliklərin müzakirəsi zamanı bildirib.

General əmr verdi: Bütün əməkdaşlar sərəncama göndərilir
Xəbər

General əmr verdi: Bütün əməkdaşlar sərəncama göndərilir

Dövlət Gömrük Komitəsinin (DGK) bütün əməkdaşları sərəncama göndərilir. “Qaynarinfo”nun əldə etdiyi məlumata görə, bu barədə DGK sədri, general-leytenant Şahin Bağırov əmr imzalayıb. Əmrə əsasən 15.07.2023-cü il tarixindən 01.08.2023-cü ilə kimi komitənin bütün idarə və şöbələrinin rəhbər heyətlərindən tutmuş sıravi işçilərinə kimi hər kəs sərəncama götürüləcək.

Rəsmilər Gədəbəydəki vəziyyətə görə toplandı
Xəbər

Rəsmilər Gədəbəydəki vəziyyətə görə toplandı

Xəbər verdiyimiz kimi, Gədəbəy rayonunun Söyüdlü kəndində vəziyyətin araşdırılması üçün yaradılan Komissiyanın üzvləri Gədəbəy rayonuna gedib. Komissiya üzvlərinin iştirakı ilə Gədəbəy Rayon İcra Hakimiyyətində iclas keçirilib. İclasda Komissiya üzvləri ilə yanaşı, rayon rəsmiləri, yerli hüquq-mühafizə orqanlarının rəhbərləri də iştirak edib.

Azərbaycan Ordusunun Naxçıvan və Şuşadakı mövqeləri atəşə tutulub
Xəbər

Azərbaycan Ordusunun Naxçıvan və Şuşadakı mövqeləri atəşə tutulub

İyunun 20-i saat 16:30-dan saat 17:25-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Vedi rayonunun Arazdəyən yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini fasilələrlə atıcı silahlardan atəşə tutub.

Bakı metrosunda ödəniş mobil tətbiqin QR kodu vasitəsilə mümkün olacaq
Xəbər

Bakı metrosunda ödəniş mobil tətbiqin QR kodu vasitəsilə mümkün olacaq

Bakı metropoliteninin iki stansiyasında avtobuslarda nağdsız ödəniş üçün hazırlanan yeni mobil tətbiqin QR kodu vasitəsilə ödənişin tətbiqi nəzərdə tutulur. "Report" xəbər verir ki, bunu "K Group" MMC-nin ("BakıKart"ın operatoru) direktoru Orxan Bayramov avtobuslarda nağdsız ödənişlər üçün yeni mobil tətbiqin təqdimatı ilə bağlı keçirilən tədbirdə bildirib.