PRESS REVIEW — PRA.AZ

Xəbərlər

1936 xəbər tapıldı

“WhatsApp”dan video ilə bağlı çoxdan gözlənilən yenilik
Xəbər

“WhatsApp”dan video ilə bağlı çoxdan gözlənilən yenilik

"WhatsApp” istifadəçilərə çoxdan gözlənilən imkan təqdim edir. Belə ki, artıq mesencerlə videoları yüksək keyfiyyətdir göndərmək mümkün olacaq. Məlumata görə, istifadəçilər göndərdikləri videoların keyfiyyətini özləri seçə biləcəklər.

Azərbaycanda ən çox üstünlük verilən ixtisaslar - Siyahı
Xəbər

Azərbaycanda ən çox üstünlük verilən ixtisaslar - Siyahı

Azərbaycan bölməsində I qrupda ən çox Bakı Dövlət Universitetinin “Riyaziyyat müəllimliyi”, II qrupda Azərbaycan Dövlət İqtisad Universitetinin “Maliyyə”, III qrupda Azərbaycan Dillər Universitetinin “Xarici dil müəllimliyi (ingilis dili üzrə)”, IV qrupda Azərbaycan Tibb Universitetinin “Tibb”, V qrupda Azərbaycan Dövlət İqtisad Universitetinin “Dizayn (sahələr üzrə)” ixtisasına üstünlük verilib.

Avropa Oyunlarında medal sayı niyə az oldu? - Nazir açıqladı
Xəbər

Avropa Oyunlarında medal sayı niyə az oldu? - Nazir açıqladı

Gənclər və idman naziri Fərid Qayıbov III Avropa Oyunlarında Azərbaycan idmançılarının qazandığı medal sayının az olmasının səbəbini açıqlayıb. “Qafqazinfo” xəbər verir ki, nazir bu barədə qurumun rəsmi saytındakı qeydində yazıb.

Dərmanlar ucuzlaşa bilər - “Qara bazar”a ehtiyac olmayacaq
Xəbər

Dərmanlar ucuzlaşa bilər - “Qara bazar”a ehtiyac olmayacaq

Azərbaycanda dövlət qeydiyyatına alınan dərman vasitələrinin qiymətləri bütün apteklərdə yenidən fərqli qiymətlərə satıla bilər. Bununla bağlı “Dərman vasitələri haqqında” Qanuna dəyişiklik edilməsi gözlənilir.

Laçın şəhərinə növbəti köç - YOLA DÜŞDÜ
Xəbər

Laçın şəhərinə növbəti köç - YOLA DÜŞDÜ

Daha 15 ailə “Qobu park 3” yaşayış kompleksindən Laçına yola salınıb. Qeyd edək ki, köç saat 07:00-da Qaradağ rayonundakı “Qobu park 3” yaşayış kompleksindən Laçına yola salınıb.

Priqojin geri çəkildiyini açıqladı
Xəbər

Priqojin geri çəkildiyini açıqladı

“Vaqner” özəl hərbi şirkətinin rəhbəri Yevgeni Priqojin geri qayıtdıqlarını açıqlayıb. “Qafqazinfo” Rusiya mediasına istinadən xəbər verir ki, Vaqner rəhbəri Belarus lideri Aleksandr Lukaşenko ilə danışıqlardan sonra hərbi kolonunu geriyə döndərdiyini və əks istiqamətdə geri çəkildiyini bildirib.

Putindən ilk açıqlama
Xəbər

Putindən ilk açıqlama

Rusiya Prezidenti Vladimir Putin “Vaqner” özəl hərbi şirkətinin hərəkətini “arxadan vurulan zərbə” adlandırıb. “Qafqazinfo” xəbər verir ki, bu barədə Rusiyanın dövlət başçısı xalqa etdiyi müraciətində deyib. Prezidentin sözlərinə görə, bu addımlar xəyanətdir. O, mövzu haqda danışarkən Birinci Dünya Müharibəsini xatırladıb.

Heydər Əliyev Beynəlxalq Aeroportunda maşınlar yandı
Xəbər

Heydər Əliyev Beynəlxalq Aeroportunda maşınlar yandı

İyunun 23-də axşam saatlarında Heydər Əliyev Beynəlxalq Aeroportunun vağzalyanı meydanında minik avtomobilində yanğın baş verib. Bu barədə “Qafqazinfo”ya Heydər Əliyev Beynəlxalq Aeroportunun Mətbuat xidmətindən bildirilib. Qeyd edilib ki, yanğın sürətlə yayılmağa başlayıb və yaxındakı avtomobilə keçib.