PRESS REVIEW — PRA.AZ

Xəbərlər

1936 xəbər tapıldı

Sabah bu ərazilərdə qaz olmayacaq
Xəbər

Sabah bu ərazilərdə qaz olmayacaq

Sabah Bakının Xəzər rayonunun bəzi yaşayış massivlərində, həmçinin Göyçay rayonunda qaz təchizatı müvəqqəti dayandırılacaq. Bildirilib ki, avqustun 24-də saat 09:00-dan “Pirallahı-Qala” qaz ölçü qovşağından qidalanan qaz kəmərində və saat 10:00-dan “Qaz İxrac” İdarəsi tərəfindən "Göyçay 2" ölçü qovşağından qidala

Azərbaycana Çin, Türkmənistan və Hindistandan gələnlərin sayı kəskin artıb - TURİZMDƏ SON VƏZİYYƏT
Xəbər

Azərbaycana Çin, Türkmənistan və Hindistandan gələnlərin sayı kəskin artıb - TURİZMDƏ SON VƏZİYYƏT

Dövlət Statistika Komitəsi turizmin mövcud vəziyyəti haqqında məlumatları açqılayıb. Dövlət Sərhəd Xidmətinin məlumatına əsasən 2023-cü ilin yanvar-iyul aylarında Azərbaycan Respublikasına dünyanın 183 ölkəsindən 1 milyon 143,6 min və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 37,4 faiz çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlmişdir.

Bakı əhalisinin rəsmi sayı açıqlandı
Xəbər

Bakı əhalisinin rəsmi sayı açıqlandı

1 yanvar 2023-cü il tarixinə Bakı şəhərində 2 milyon 336 min 600 nəfər sakin rəsmi qeydə alınıb. Banker.az xəbər verir ki, bu barədə Bakı şəhər Statistika İdarəsindən məlumat verilib. Bakı Şəhər Statistika İdarəsinin məlumatına görə, paytaxtda 1 kv.km-ə 1092 nəfər düşür ki, bu da əhali sıxlığının 2023-cü ilin əvvəlinə olan göstəricisidir.

Azərbaycanda dövlət xətti ilə verilən ipoteka kreditlərinin sayı 46 mini keçib
Xəbər

Azərbaycanda dövlət xətti ilə verilən ipoteka kreditlərinin sayı 46 mini keçib

Bu günə qədər İpoteka və Kredit Zəmanət Fondu (İKZF) 46 022 borcalana 2 milyard 734,833 milyon manat kredit verib. “Report” xəbər verir ki, bu barədə İKZF-nin açıqlamasında bildirilir. Bundan başqa, qurum bəyan edib ki, indiyə qədər 371,469 milyon manat məbləğində biznes kreditlərinə zəmanət verilib, 3 870 mənzil isə kirayəyə vermək yolu ilə realizə edilib.

Azərbaycanda taksi fəaliyyəti üçün dövlət rüsumları təsdiqlənib
Xəbər

Azərbaycanda taksi fəaliyyəti üçün dövlət rüsumları təsdiqlənib

Belə ki, taksi sifarişi operatoru fəaliyyətinə icazənin verilməsi üçün rüsum 3 min manat, taksi minik avtomobilləri ilə sərnişin daşımalarına buraxılış vəsiqəsinin verilməsi üçün rüsum 125 manat, hər bir nəqliyyat vasitəsi üçün buraxılış kartının verilməsi üçün rüsum 25 manat olacaq.

Bakıda mənzil qiymətlərində yüksək artım gözlənilir? – AÇIQLAMA
Xəbər

Bakıda mənzil qiymətlərində yüksək artım gözlənilir? – AÇIQLAMA

Hazırda Bakıda mənzil qiymətlərində stabilləşmə mövcuddur. Yay fəsli, adətən, belə olur, mənzil bazarında aktivlik aşağı düşür. Ötən ayın nəticələrinə əsasən, az da olsa, mənzil qiymətlərində ucuzlaşma var. Payızda isə ilin sonuna doğru, adətən, mənzil bazarında aktivləşmə müşahidə edilir. Əlbəttə, aktivləşmə qiymətlərə də təsir edəcək.

Bu il Bakıda kafe və restoranlara 751 milyon manat xərclənib
Xəbər

Bu il Bakıda kafe və restoranlara 751 milyon manat xərclənib

2023-cü ilin yanvar-iyul aylarında Bakı şəhərində ictimai iaşə dövriyyəsinin həcmi 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 25% artaraq 751 milyon manat olub. Bu barədə “APA-Economics”ə Bakı şəhər Statistika İdarəsindən məlumat verilib. Qeyd edək ki, hüquqi şəxslər tərəfindən ictimai iaşə dövriyyəsi 450,5 milyon manat olmuşdur ki, bu da ümumi dövriyyənin 60%-ni təşkil edib.

Azərbaycan manatının dövriyyəyə buraxılmasından 31 il keçir
Xəbər

Azərbaycan manatının dövriyyəyə buraxılmasından 31 il keçir

Bu gün Azərbaycanın milli valyutası - manatın dövriyyəyə buraxılmasından 31 il keçir. "Report"un məlumatına görə, ötən əsrin sonunda müstəqillik əldə edən Azərbaycanda milli pul vahidinin yaradılmasının əsası o vaxtkı prezident Əbülfəz Elçibəyin 15 iyul 1992-ci il tarixli “Milli valyutanın dövriyyəyə buraxılması haqqında” fərmanı ilə qoyulub.