
Bu xidmətlərə görə ƏDV-nin 50 faizi qaytarılacaq - FƏRMAN
Teatr tamaşaları, film nümayişi, muzey ziyarəti və simfonik orkestrin konserti sahəsində göstərilən xidmətlərə görə yalnız nağdsız qaydada ödənilmiş ƏDV-nin 50 faizi qaytarılacaq.
1936 xəbər tapıldı

Teatr tamaşaları, film nümayişi, muzey ziyarəti və simfonik orkestrin konserti sahəsində göstərilən xidmətlərə görə yalnız nağdsız qaydada ödənilmiş ƏDV-nin 50 faizi qaytarılacaq.

"Bakı metropolitenində gedişhaqqı tariflərinin artırılması ilə bağlı mediada, həmçinin sosial şəbəkələrdə yayılmış məlumatlar həqiqəti əks etdirmir". "APA-Economics" xəbər verir ki, bu barədə "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin (QSC) yaydığı növbəti açıqlamada bildirilib. Qeyd olunub ki, “Bakı Metropoliteni” QSC-nin gediş haqqı tariflərini tənzimləmə səlahiyyəti mövcud deyil:

Çində insan metapnevmovirusu (HMPV) yayılıb. “Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Qazaxıstanda da yeni yayılan virusa yoluxma faktı qeydə alınıb. Belə ki, 30 nəfərdə metapnevmovirus aşkarlanıb. Qeyd edək ki, metapnevmovirusa daha çox 14 yaşa qədər uşaqlar və 60 yaşdan yuxarı şəxslərdə rast gəlinir.

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Türkiyədə fəaliyyət göstərdiyi 17 il ərzində bu ölkəyə 18,5 milyard ABŞ dollarından çox sərmayə qoyub. “Report”un Türkiyəyə ezam olunmuş müxbiri xəbər verir ki, bunu “SOCAR Turkiye Enerji” şirkətinin baş icraçı direktoru Elçin İbadov İstanbulda keçirilən mətbuat konfransında deyib.

Alkoqollu içkilərin müəyyən edilmiş minimum qiymətdən aşağı qiymətə satılmasına görə yeni cərimə müəyyən edilir. “Qafqazinfo” xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsinə əlavə edilməsi təklif edilən yeni - 455-1-ci maddəsində əksini tapıb.

Tibbi müayinəyə gəlməmək hərbi çağırışdan boyun qaçırma sayılacaq və buna görə 2 ilədək həbs cəzası nəzərdə tutulur. “Qafqazinfo” xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Aktau şəhəri yaxınlığında AZAL-a məxsus Bakı-Qroznı reysini yerinə yetirən təyyarə qəzaya uğraması aviasiya nəqliyyatında təhlükəsizliyi barədə bir sıra məsələləri qabardır. Xatırladaq ki, qəza nəticəsində ekipaj üzvləri də daxil olmaqla, təyyarədə olan 67 nəfərdən 32-si qəzadan sağ çıxıb.

Əmək pensiyasının minimum məbləği 320 manata çatdırılacaq. “Qafqazinfo” xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. Sərəncama əsasən, Nazirlər Kabineti əmək pensiyasının minimum məbləğinin 2025-ci il fevralın 1-dən 320 manata çatdırılmasına dair təkliflərini bir ay müddətində Azərbaycan Prezidentinə təqdim etməlidir.

Dekabrın 25-də Leninqrad vilayətində MDB ölkələri liderlərinin qeyri-rəsmi görüşü keçiriləcək. “Qafqazinfo” xəbər verir ki, bu barədə Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov məlumat verib. O bildirib ki, görüşdə aktual beynəlxalq problemlər, eləcə də Birlik çərçivəsində qarşılıqlı fəaliyyətlə bağlı fikir mübadiləsi aparacaqlar:

Minimum aylıq əməkhaqqının məbləği 2025-ci il yanvarın 1-dən 400 manat müəyyən edilib. , Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. Qeyd edək ki, hazırda minimum aylıq əməkhaqqının məbləği 2023-cü il yanvarın 1-dən 345 manat təşkil edir.

İnformasiya və rabitə sahəsində fəaliyyət göstərən müəssisələr tərəfindən 2024- cü ilin yanvar-noyabr aylarında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə göstərilmiş xidmətlərin dəyəri real ifadədə 12.5 faiz artaraq 3 188.7 milyon manat təşkil etmişdir ki, onun da 71.9 faizi əhali tərəfindən istehlak olunub.

Azərbaycanda gələn ilin qeyri-iş günləri açıqlanıb Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının Qərarı ilə 2025-ci il üçün iş vaxtı norması və istehsalat təqvimi təsdiq edilib.