PRESS REVIEW — PRA.AZ

Xəbərlər

1936 xəbər tapıldı

Gələn il Qarabağ Universitetində daha üç fakültənin açılması planlaşdırılır
Xəbər

Gələn il Qarabağ Universitetində daha üç fakültənin açılması planlaşdırılır

Qarabağ Universitetində birinci kursda 1100-dən çox tələbə təhsil alır və 200 əməkdaş çalışır. “Report”un Xankəndiyə ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu Qarabağ Universitetinin rektoru Şahin Bayramov aprelin 8-də ali təhsil müəssisəsində keçirilən “Yeni dünya nizamına doğru” mövzusuna həsr olunmuş VII ADA Siyasi Forumunda çıxışı zamanı deyib.

Bakıda orta əməkhaqqı 9 %-dən çox artıb
Xəbər

Bakıda orta əməkhaqqı 9 %-dən çox artıb

Bu ilin yanvar ayında Bakıda muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı 1 332,6 manat təşkil edib. Bu barədə “Report”a Bakı şəhər Statistika İdarəsindən məlumat verilib. Bildirilib ki, paytaxtda orta aylıq əməkhaqqı 2024-cü ilin yanvar ayı ilinə nisbətən 9,2 % artıb.

İki il ƏDV-dən azad olacaq
Xəbər

İki il ƏDV-dən azad olacaq

İdxalı əlavə dəyər vergisindən (ƏDV) azad edilən xammal və materialların siyahısı genişləndirilib. “Qafqazinfo” xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev “İdxalı əlavə dəyər vergisindən azad edilən xammal və materialların siyahısı”nın təsdiqi barədə fərmana dəyişiklik edilməsi barədə fərman imzalayıb.

“Dərnəgül”ə “28 May”dan gedənlərin nəzərinə!
Xəbər

“Dərnəgül”ə “28 May”dan gedənlərin nəzərinə!

Bakı metrosunda Qırmızı və Yaşıl xətlərin ayrılması layihəsi çərçivəsində “Cəfər Cabbarlı” və “Nizami” stansiyaları arasında birləşdirici tunelin inşa edilməsi səbəbilə “28 May” stansiyasından “Dərnəgül” stansiyası istiqamətinə doğru qatarların hərəkəti müvəqqəti təşkil edilməyəcək.

Bu hallarda həbs edilə bilərlər
Xəbər

Bu hallarda həbs edilə bilərlər

İntizam cəzası verilən hərbi qulluqçuların siyahısına kursantlar da əlavə olunur. “Qafqazinfo” xəbər verir ki, bu, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikası Silahlı Qüvvələri İntizam nizamnaməsinin təsdiq edilməsi haqqında” Qanuna təklif olunan dəyişiklikdə öz əksini tapıb.

Kursantların vəzifələri müəyyənləşir - Siyahı
Xəbər

Kursantların vəzifələri müəyyənləşir - Siyahı

“Qafqazinfo” xəbər verir ki, bu, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikası Silahlı Qüvvələri Daxili Xidməti Nizamnaməsinin təsdiq edilməsi haqqında” Qanuna təklif olunan dəyişiklikdə öz əksini tapıb.

2600 manat birdəfəlik müavinət kimlərə ödəniləcək?
Xəbər

2600 manat birdəfəlik müavinət kimlərə ödəniləcək?

“Azərbaycan Prezidentinin imzaladığı Fərmanla valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlara, habelə onların arasından olan şəxslərə ümumi təhsil, peşə təhsili, orta ixtisas təhsili və ali təhsil müəssisələrini bitirdikləri zaman 2600 manat birdəfəlik müavinət ödəniləcək”. .

Vəfat etmiş şəxsin pensiya kapitalı necə sərf olunur?
Xəbər

Vəfat etmiş şəxsin pensiya kapitalı necə sərf olunur?

Pensiya sistemi cəmiyyətlərin yaşlı və əmək qabiliyyətini itirmiş üzvlərinin maddi təminatını təmin etmək məqsədilə yaradılmışdır. Tarix boyu müxtəlif formalarda mövcud olmuş bu sistem zamanla inkişaf edərək müasir dövrdəki formasını almışdır.