PRESS REVIEW — PRA.AZ

Xəbərlər

1936 xəbər tapıldı

KARAT DA ZƏRƏRLƏ İŞLƏYİB
Xəbər

KARAT DA ZƏRƏRLƏ İŞLƏYİB

Ölkədə buğda idxalı və un istehsalı üzrə xüsusi mövqeyə mali olan Karat Holdinq MMC Respublika qəzetinin 8 İyun 2022-ci tarixli sayında ötən il üzrə öz mühasibat balansını dərc edib. Hesabata əsasən 2021-ci ildə onun satışı 75,9 mln.AZN təşkil edib ki, bu da bundan əvvəlki illə müqayisədə 5,6 mln.AZN azdır. Qeyd edək ki, adıçəkilən Holdinqin 2020-ci ildə satışı 82,5 mln.AZN təşkil edib.

Nazir: "Yaşı 60-dan yuxarı olan müəllimlər sertifikasiyadan keçməlidir"
Xəbər

Nazir: "Yaşı 60-dan yuxarı olan müəllimlər sertifikasiyadan keçməlidir"

Təhsil naziri Emin Əmrullayev əməkdar müəllimlərin, eyni zamanda, yaşı 60 və daha çox olanların sertifikasiyaya cəlb edilməsinin etiraza səbəb olmasına münasibət bildirib. APA xəbər verir ki, nazir jurnalistlərə açıqlamasında deyib ki, qaydalarda hər şey öz əksini açıq şəkildə tapıb.

Sabah Şuşada beynəlxalq konfrans keçiriləcək
Xəbər

Sabah Şuşada beynəlxalq konfrans keçiriləcək

Şuşa Bəyannaməsinin birinci ildönümünə həsr olunan "Azərbaycan-Türkiyə strateji müttəfiqlik münasibətləri Qafqaz və region üçün sülh və sabitlik mənbəyidir" mövzusunda keçiriləcək konfransda Azərbaycan və Türkiyənin dövlət və hökumət nümayəndələri, o cümlədən Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası ilə Yeni Azərbaycan Partiyasının rəhbər şəxsləri iştirak edəcək.

Türkiyə Prezidenti “SOCAR Türkiyə”nin mükafatını Mikayıl Cabbarova təqdim edib
Xəbər

Türkiyə Prezidenti “SOCAR Türkiyə”nin mükafatını Mikayıl Cabbarova təqdim edib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “SOCAR Türkiyə”nin layiq görüldüyü mükafatı Mikayıl Cabbarova təqdim edib. Xatırladaq ki, Azərbaycan Dövlət Neft Şirkəti 2006-cı ilin sonlarında Türkiyədə “SOCAR Turkey” törəməsini təsis edilib. Şirkət Türkiyədə neft emalı və neft-kimya sahələrində layihələr icra etmək, təbii qaz ticarətini həyata keçirmək üçün yaradılıb.

Daha bir avtobusda gediş haqqı “BakıKart”la ödəniləcək
Xəbər

Daha bir avtobusda gediş haqqı “BakıKart”la ödəniləcək

14 iyun tarixindən "Bus Trans" MMC-nin müvəqqəti istismarında olan 206 nömrəli müntəzəm marşrut xətti (Lökbatan qəs. - "Elmlər Akademiyası" m/s) üzrə hərəkət edən avtobuslarda gediş haqqı “BakıKart” vasitəsilə ödəniləcək.

Azərbaycanlı şagirdlər rekord nəticəyə imza atıblar
Xəbər

Azərbaycanlı şagirdlər rekord nəticəyə imza atıblar

Azərbaycan məktəbliləri iyunun 1-də Şarm əl-Şeyxdə (Misir) keçirilən “WAMAS 2022” Ümumdünya Mental Arifmetika Olimpiadasının qalibi olublar. Olimpiadada dünyanın 19 ölkəsindən 250-dən çox məktəbli iştirak edib. Azərbaycan komandası rekord nəticə göstərib. Komandada 5 yaşdan 12 yaşa qədər kateqoriyalar üzrə 7 ÇEMPİON var!