PRESS REVIEW — PRA.AZ

Xəbərlər

1939 xəbər tapıldı

Kür çayında daşqın olacağı ilə bağlı əhaliyə - XƏBƏRDARLIQ
Xəbər

Kür çayında daşqın olacağı ilə bağlı əhaliyə - XƏBƏRDARLIQ

“Son günlərdə ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edir. Xüsusən də, bu proseslər respublikanın şimal və qərb rayonlarında müşahidə olunur”. FED.az xəbər verir ki, bu sözləri Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva deyib.

Türkiyədə “Qarabağ parkı” açılacaq
Xəbər

Türkiyədə “Qarabağ parkı” açılacaq

Türkiyənin Batman şəhərində “Qarabağ parkı” açılacaq. APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, Azərbaycanın İkinci Qarabağ müharibəsində zəfərinə həsr olunmuş parkın açılışı 30 iyunda baş tutacaq.

Xaricdə təhsil almaq istəyənlərin nəzərinə!
Xəbər

Xaricdə təhsil almaq istəyənlərin nəzərinə!

İyunun 28-dən “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı” çərçivəsində xaricdə təhsil üzrə müsahibələrin keçirilməsinə start verilir.

Ölkə əhalisinin 51%-i "Facebook" istifadəçisidir
Xəbər

Ölkə əhalisinin 51%-i "Facebook" istifadəçisidir

Bu ilin may ayında Azərbaycanda "Facebook" sosial şəbəkə istifadəçilərinin sayı aprel ayı ilə müqayisədə 3% və ya 156,2 min nəfər artıb. "APA-Economics"in əldə etdiyi məlumata görə, iyunun 1-i tarixinə ölkə üzrə 5 255,1 min nəfər aktiv "Facebook" istifadəçisi qeydə alınıb ki, bu da ölkə əhalisinin 51%-ni təşkil edir.

Sabah bu yollarda məhdudiyyətlər olacaq
Xəbər

Sabah bu yollarda məhdudiyyətlər olacaq

Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsi sabah paytaxtda Silahlı Qüvvələr Günü ilə bağlı keçiriləcək tədbirlərlə əlaqədar sürücülərə müraciət edib. İdarənin baş inspektoru, polis mayoru Araz Əsgərli “Qafqazinfo”ya bildirib ki, sabah Bakının bir sıra yollarında hərbi orkestlərin çıxışları nəzərdə tutulduğu üçün sürücülərdən həmin marşrutlar üzrə hərəkətlərini məhdudlaşdırmaları xahiş olunur:

Xaricdə təhsil almaq istəyən Azərbaycan vətəndaşları üçün sənəd qəbulunun vaxtı uzadılıb ELM VƏ TƏHSİL
Xəbər

Xaricdə təhsil almaq istəyən Azərbaycan vətəndaşları üçün sənəd qəbulunun vaxtı uzadılıb ELM VƏ TƏHSİL

“Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı” çərçivəsində xaricdə bakalavriat və magistratura təhsil səviyyələri üzrə nüfuzlu universitetlərdə təhsil almaq istəyən və ya hazırda təhsil alan Azərbaycan Respublikası vətəndaşları üçün açıq elan olunmuş sənəd qəbuluna son müraciət tarixi iyulun 15-də olacaq.

Azərbaycanda GMO məhsullarının siyahısı hazırlanacaq
Xəbər

Azərbaycanda GMO məhsullarının siyahısı hazırlanacaq

“Qafqazinfo” xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyevin “Qida təhlükəsizliyi haqqında” qanunun tətbiqi və “Yeyinti məhsulları haqqında” qanunun tətbiq edilməsi barədə” 2000-ci il 26 yanvar tarixli 267 nömrəli, “Yeyinti məhsulları haqqında” qanunun tətbiq edilməsi ilə bağlı əlavə tədbirlər barədə” 2003-cü il 23 oktyabr tarixli 969 nömrəli fərmanlarının ləğv edilməsi haqqında fərmanında

Meymunçiçəyi pandemiya elan edildi
Xəbər

Meymunçiçəyi pandemiya elan edildi

Bildirilib ki, hazırda 58 ölkədə sözügedən xəstəliyə yoluxma qeydə alınıb. Dünya üzrə ümumilikdə yoluxanların sayı isə 3417 nəfər təşkil edir. Qeyd olunub ki, infeksiyanın yayılma tempi hər həftə daha da artır.

Azərbaycanda məktəb direktorları yeni qayda ilə - TƏYİN EDİLƏCƏK
Xəbər

Azərbaycanda məktəb direktorları yeni qayda ilə - TƏYİN EDİLƏCƏK

Direktor təyinatı yeni qaydada olacaq. Belə ki, şagird sayı 150-dək olan ümumi təhsil müəssisələrinə direktor vəzifəsinə işə qəbul yalnız müsahibə yolu ilə, şagird 151-500 aralığında olan ümumi təhsil müəssisələrinə direktor vəzifəsinə işə qəbul müsabiqə (test və müsahibə) yolu ilə Regional təhsil idarələri tərəfindən həyata keçiriləcək.

Laçın-Kəlbəcərdə külək elektrik stansiyası tikiləcək
Xəbər

Laçın-Kəlbəcərdə külək elektrik stansiyası tikiləcək

APA xəbər verir ki, bu, Nazirlər Kabinetinin bu gün təsdiqlədiyi “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində 2022-2026-cı illərdə “yaşıl enerji” zonasının yaradılması üzrə Tədbirlər Planı”nda əksini tapıb.