PRESS REVIEW — PRA.AZ

Xəbərlər

1936 xəbər tapıldı

Bu gündən sakinlər Ağalı kəndinə köçürülür - Fotolar
Xəbər

Bu gündən sakinlər Ağalı kəndinə köçürülür - Fotolar

“Bu gün 58 nəfərdən ibarət 10 ailə Ağalı kəndinə köçürülür. Ümumilikdə isə 41 ailədən 201 nəfər növbəti 5 gün ərzində Ağalıya köçürüləcək”. “Qafqazinfo” xəbər verir ki, bunu Prezidentin Zəngilan rayonu üzrə xüsusi nümayəndəsi Vahid Hacıyev bildirib.

ÜST Avropada yeni koronavirus dalğası elan edib
Xəbər

ÜST Avropada yeni koronavirus dalğası elan edib

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa Bürosunun rəhbəri Hans Kluge koronavirusun “omikron” ştammının subvariantlarının yaratdığı COVID-19-un yeni dalğasını elan edib. Bu barədə ÜST-nin saytında məlumat verilib.

Azərbaycanda hər il ərzaqlıq buğdanın dövlət tədarük qiyməti müəyyən ediləcək
Xəbər

Azərbaycanda hər il ərzaqlıq buğdanın dövlət tədarük qiyməti müəyyən ediləcək

Dövlət Statistika Komitəsi ölkəyə idxal edilən ərzaqlıq buğdanın qiymətini əsas götürərək hər ay üçün orta idxal statistik göstəricini elan edəcək.   Prezident İlham Əliyevin bu gün imzaladığı "Ərzaqlıq buğda ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsinə dair bir sıra tədbirlər haqqında" fərmanda öz əksini tapıb.

Azərbaycanda orta aylıq əmək haqqı 14% artıb
Xəbər

Azərbaycanda orta aylıq əmək haqqı 14% artıb

Bu ilin yanvar-may aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 14 % artaraq 825,3 manat təşkil edib.

Bu gündən bağçalara elektron qəbul başlayır
Xəbər

Bu gündən bağçalara elektron qəbul başlayır

Bu gün saat 11:00-dan etibarən 2022-2023-cü tədris ili üçün məktəbəqədər təhsil müəssisələrinə (uşaq bağçaları) uşaqların qəbulu prosesinə start verilir. Təhsil Nazirliyindən “Qafqazinfo”ya verilən məlumata görə, proses sentyabrın 14-dək davam edəcək.