
Azercell Süni İntellekt əsaslı Virtual Assistent xidmətini istifadəyə verir!
Bundan sonra Azercell Telefon Mərkəzinə zəng edən abunəçiləri Aİcell adlı Virtual Assistent salamlayacaq
1954 xəbər tapıldı

Bundan sonra Azercell Telefon Mərkəzinə zəng edən abunəçiləri Aİcell adlı Virtual Assistent salamlayacaq

Sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun məhkəməsi keçirilib. "Qafqazinfo" xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən iclasda ittiham aktının elanı davam etdirilib.

Mətbuat Şurasının sədri Əflatun Amaşov tutduğu vəzifədən gedir. “Qafqazinfo” “Unikal”a istinadən xəbər verir ki, Əflatun Amaşov bununla bağlı qərarını yaxın günlərdə açıqlayacaq. Mətbuat Şurasının sədri vəzifəsini qurultaya qədərki dövrdə İdarə Heyətinin üzvü, “525-ci” qəzetin baş redaktoru Rəşad Məcid icra edəcək.

Fransa və ABŞ-ın Azərbaycandakı səfirləri bu gün Şuşaya təşkil edilən səfərdə iştirak etmirlər. Onlar Azərbaycan hökumətinin dəvətinə açıq şəkildə etinasızlıq göstərdilər.

Sosial şəbəkələrdə dövlət ümumi təhsil müəssisələrində çalışan təhsilverənlərin sertifikatlaşdırma prosesinin ləğv edilməsi ilə bağlı məlumatlar yayılır. Təhsil İnstitutunun İnsan Resursları Mərkəzindən APA-ya bildirilib ki, paylaşılan dezinformasiya xarakterli məlumatlar həqiqəti əks etdirmir.

Yanvarın 1-dən avqustun 25-nə qədər ölkədə 10900 yanğın hadisəsi baş verib. APA xəbər verir ki, bunu fövqəladə hallar nazirinin müavini, general-leytenant Etibar Mirzəyev 2022-ci ilin avqust ayında Azərbaycan Respublikası ərazisində baş vermiş yanğınlarla bağlı keçirilən mətbuat konfransında deyib.

Ordu korpusu komandiri, general-mayor Kənan Seyidov Azərbaycan Ordusunun Laçın şəhərində yerləşməsi ilə bağlı Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezident İlham Əliyevə məruzə edib.

“Bu gün, avqustun 26-da biz – Azərbaycanlılar Laçın şəhərinə qayıtmışıq. Azərbaycan Ordusu Laçın şəhərinə yerləşdi. Zabux və Sus kəndləri nəzarətə götürüldü. Bütün Laçınlıları və Azərbaycan xalqını bu münasibətlə təbrik edirəm. Yaşasın Laçın! Yaşasın Azərbaycan!”

Mədəniyyət Nazirliyi "Qarabağ Vətən Müharibəsi" şərti adlı 8 bölümlü bədii serialın çəkilməsi ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.

Almaniyada qış mövsümündə ictimai binalarda maksimal temperatur 19 dərəcə Selsi olacaq, isti su verilməyəcək.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi ölkənin ilk ödənişli yolunu bu ilin sonuna kimi istifadəyə verməyi planlaşdırır.

“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC (AzTV) 2021-ci ili 1,995 milyon manat xalis zərərlə başa vurub.