PRESS REVIEW — PRA.AZ

Xəbərlər

1936 xəbər tapıldı

Paşinyan 100-dən çox erməni hərbçinin öldüyünü etiraf etdi
Xəbər

Paşinyan 100-dən çox erməni hərbçinin öldüyünü etiraf etdi

“Ermənistan tərəfindən 105 hərbçi ölüb”. “Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı Ermənistanın Baş naziri Nikol Paşinyan açıqlayıb. Qeyd edək ki, Ermənistan ordusu 150-200 nəfərə yaxın itki verib və Paşinyan yavaş-yavaş sayı etiraf etməyə başlayıb.

“İtkilərimiz var, əlavə məlumat veriləcək” - Müdafiə Nazirliyi
Xəbər

“İtkilərimiz var, əlavə məlumat veriləcək” - Müdafiə Nazirliyi

“Toqquşma zamanı Ermənistan silahlı qüvvələrinin atəş nöqtələri susdurularaq geri çəkilməyə məcbur edilib. Ermənistan ordusu atəşkəs razılaşmasına əməl etməyib və çirkin əməlləri davam etdirilib”. “Qafqazinfo” xəbər verir ki, bunu Müdafiə Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Anar Eyvazov keçirdiyi brifinqdə bildirib.

Azərbaycanda 2024-cü ilin sonunadək 100 faiz optik internet şəbəkəsi qurulacaq
Xəbər

Azərbaycanda 2024-cü ilin sonunadək 100 faiz optik internet şəbəkəsi qurulacaq

APA-nın Gürcüstan bürosu xəbər verir ki, bunu Tbilisidə keçirilən “Beynəlxalq Rəqəmsal Əlaqə Sammiti – 2022”də iştirak edən rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov jurnalistlərə açıqlamasında deyib. O, bildirib ki, ilin sonunadək çəkiləcək fiberoptik internet şəbəkəsi 800 min nəfəri yüksəksürətli internetlə təmin edəcək.

Yaralı hərbçilərə təcili qan lazım olduğu xəbəri barədə - Açıqlama
Xəbər

Yaralı hərbçilərə təcili qan lazım olduğu xəbəri barədə - Açıqlama

“Sosial media istifadəçiləri arasında aktiv hərbi əməliyyatlar zamanı yaralanmış hərbi qulluqçular üçün təcili qan lazım olduğu ilə bağlı məlumatlarla rastlaşırıq. Bu kimi məlumatların əsassız olduğunu vurğulayırıq”.  “Qafqazinfo” xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb.

Bilik Günü ilə bağlı təntənəli tədbirlər ləğv olundu
Xəbər

Bilik Günü ilə bağlı təntənəli tədbirlər ləğv olundu

Azərbaycanın bütün ümumi təhsil müəssisələrində sabah – sentyabrın 15-də Bilik Günü ilə bağlı nəzərdə tutulan təntənəli tədbirlər ləğv olunub. “Qafqazinfo” xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyi məlumat yayıb.

“Aztelekom” Qubada GPON texnologiyasının tətbiqinə başlayıb
Xəbər

“Aztelekom” Qubada GPON texnologiyasının tətbiqinə başlayıb

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Aztelekom” MMC “Onlayn Azərbaycan” layihəsi çərçivəsində telekommunikasiya infrastrukturunun yenilənməsi və müasir beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində işləri davam etdirir.

Hava ilə bağlı - Xəbərdarlıq
Xəbər

Hava ilə bağlı - Xəbərdarlıq

Milli Hidrometeorologiya Xidməti ölkə ərazisində hava şəraitinin dəyişəcəyi barədə xəbərdarlıq yayıb. “Qafqazinfo” xəbər verir ki, Bakıda və Abşeron yarımadasında sentyabrın 14-ü gündüzdən 15-i səhərədək şimal-qərb küləyinin 15-20 m/s, arabir 23-28 m/s-dək güclənəcəyi gözlənilir.

50 hərbçimiz şəhid olub - Rəsmi
Xəbər

50 hərbçimiz şəhid olub - Rəsmi

Genişmiqyaslı təxribatın qarşısı alınarkən Azərbaycan Ordusundan 42, Dövlət Sərhəd Xidmətindən isə 8 hərbi qulluqçu olmaqla ümumilikdə Silahlı Qüvvələrin 50 hərbi qulluqçusu şəhid olub.

Putinlə İlham Əliyevin görüşü olacaq
Xəbər

Putinlə İlham Əliyevin görüşü olacaq

Rusiya və Azərbaycan prezidentləri Vladimir Putin və İlham Əliyev sentyabrın 16-da Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammiti çərçivəsində ikitərəfli görüş keçirəcəklər.

Laçın istiqamətində mövqelərimiz artilleriyadan atəşə tutuldu
Xəbər

Laçın istiqamətində mövqelərimiz artilleriyadan atəşə tutuldu

Sentyabrın 13-ü saat 16:55-də Ermənistan silahlı qüvvələrinin bölmələri atəşkəsin elan olunmasına baxmayaraq Azərbaycan-Ermənistan sərhədinin Qarakilsə rayonunun Vağudi yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun Laçın rayonunun Əhmədli yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini artilleriya qurğularından istifadə edərək atəşə tutub.

Hulusi Akar: "Türkiyə Azərbaycanın yanındadır"
Xəbər

Hulusi Akar: "Türkiyə Azərbaycanın yanındadır"

"Türkiyə həmişə olduğu kimi, bu gün də Azərbaycanın yanındadır". "Report"un xəbərinə görə, bunu Türkiyə milli müdafiə naziri Hulusi Akar sentyabrın 13-də Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov ilə telefon danışığı zamanı deyib.

Azərbaycan Ordusu strateji nöqtələri nəzarətə götürüb
Xəbər

Azərbaycan Ordusu strateji nöqtələri nəzarətə götürüb

Azərbaycan Ordusu ölkəmizin sərhədlərində və hərbi hissələrimizin mövqeyinə təhdid və təhlükə yarada biləcək bütün strateji nöqtələri nəzarətə götürüb. APA xəbər verir ki, Azərbaycan Ordusunun Ermənistan ərazisinə müdaxilə etmək, burada nə isə ildə etmək məqsədi olmayıb, onun qarşısında belə bir vəzifə də qoyulmayıb.