PRESS REVIEW — PRA.AZ

Xəbərlər

1954 xəbər tapıldı

Dövlət Dəniz və Liman Agentliyinin Mətbuat Xidmətinin hava ilə  bağlı                                                     MƏLUMATI
Xəbər

Dövlət Dəniz və Liman Agentliyinin Mətbuat Xidmətinin hava ilə bağlı MƏLUMATI

Məlumata əsasən, sentyabrın 23-ü gecədən başlayaraq 26-dək Xəzər dəniz akvatoriyasında şimal-qərb, şimal küləyinin 18-23 m/s, arabir 25-28 m/s,  açıq dənizdə isə arabir 30-33 m/s-dək güclənəcəyi  gözlənilir. Dalğanın hündürlüyü 2.0-4.0 metr, sonrakı inkişafda isə 5.0-7.0 metrə çatacağı proqnazlaşdırılır.

Temperatur 12 dərəcə enəcək - Xəbərdarlıq
Xəbər

Temperatur 12 dərəcə enəcək - Xəbərdarlıq

Milli Hidrometeorologiya Xidməti ölkə ərazisində hava şəraitinin dəyişəcəyi barədə xəbərdarlıq yayıb. “Qafqazinfo” xəbər verir ki, Bakıda və Abşeron yarımadasında sentyabrın 23-dən 24-nə keçən gecədən başlayaraq şimal-qərb küləyinin 15-20 m/s, arabir 25-28 m/s, 24-ü axşam, 25-i gecə və səhər yarımadanın bəzi yerlərində arabir 30-33 m/s-dək güclənəcəyi gözlənilir.

Azərbaycandan Türkiyəyə müalicəyə gedənlər üçün xüsusi portal - İSTİFADƏYƏ VERİLİB
Xəbər

Azərbaycandan Türkiyəyə müalicəyə gedənlər üçün xüsusi portal - İSTİFADƏYƏ VERİLİB

"Türkiyənin Azərbaycana qoyduğu investisiyanın həcmi 12 milyard dolları keçib". FED.az xəbər verir ki, bunu Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca Azərbaycan-Türkiyə Səhiyyə Biznes Forumu və Sərgisinin açılış mərasimində çıxışı zamanı deyib. O bildirib ki, Azərbaycanın Türkiyəyə yatırdığı sərmayə isə 20 milyard dollardan çoxdur:

Səhiyyə naziri: Pandemiyanın sonuna doğru gedirik
Xəbər

Səhiyyə naziri: Pandemiyanın sonuna doğru gedirik

Nazir Azərbaycanda pandemiya ilə bağlı vəziyyəti də açıqlayıb: “Ümumdünya Səhiyyə Təşkilatının rəhbərliyi artıq pandemiyanın sonuna yaxınlaşması ilə bağlı işıq görüldüyünü bildirib. Azərbaycanda koronavirusdan ölüm halları minimal səviyyədədir. Yoluxanlar hələ də var. Buna görə pandemiyanın sonuna doğru getdiyimizi bəyan edə bilərəm”.

Rusiyalılar fantastik qiymətə bilet alıb - ÖLKƏDƏN ÇIXIRLAR
Xəbər

Rusiyalılar fantastik qiymətə bilet alıb - ÖLKƏDƏN ÇIXIRLAR

Rusiya Prezidenti Vladimir Putinin bu gün ölkədə qismən səfərbərlik elan etməsindən sonra vətəndaşlar arasında təşviş müşahidə edilir. Belə ki, bu gündən ölkənin bir çox şəhərində etiraz aksiyalarının keçirilməsi planlaşdırılır. Sözügedən xəbər, hətta Rusiyada bilet satışlarına da təsirsiz ötüşməyib.

Ölümü ilə İranı ayağa qaldıran 22 yaşlı Məhsa..
Xəbər

Ölümü ilə İranı ayağa qaldıran 22 yaşlı Məhsa..

Xəbər verdiyimiz kimi, İranda sentyabrın 16-sı 22 yaşlı Məhsa Əmininin əxlaq polisi tərəfindən zorakılığa məruz qalması və bir neçə saatdan sonra xəstəxanada vəfat etməsi ölkədə ictimai-siyasi vəziyyəti gərginləşdirib. Artıq bir neçə gündür başlayan kütləvi etirazlar hələ də davam etməkdədir. Aksiyalar ölkənin Tehran, Təbriz, İsfahan, Şiraz, Kirman və başqa böyük şəhərlərini də əhatə edib.