PRESS REVIEW — PRA.AZ

Xəbərlər

1954 xəbər tapıldı

26 yaşlı azərbaycanlı İsveçdə nazir təyin olundu
Xəbər

26 yaşlı azərbaycanlı İsveçdə nazir təyin olundu

26 yaşlı Azərbaycanəsilli Romina Purmoktari İsveçin iqlim və ətraf mühit naziri təyin olunub. “Qafqazinfo” “The Local Sweden” nəşrinə istinadən xəbər verir ki, Purmoktari bununla da İsveç hökumətində bu günə qədər təyin olunan ən gənc nazir olub.

İş və istirahət günlərinin yerləri dəyişdirildi
Xəbər

İş və istirahət günlərinin yerləri dəyişdirildi

İş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2022-ci il 7 noyabr iş günü ilə 5 noyabr istirahət gününün yerləri dəyişdirilib. Beləliklə, ardıcıl olaraq 4 gün - 6, 7,8 və 9 noyabr tarixlərində qeyri-iş günü olacaq. Qeyd edək ki, Azərbaycanda 8 Noyabr Zəfər Günü, 9 Noyabr isə Bayraq Günü kimi qeyd olunur.

Leyla Abdullayeva Fransaya səfir göndərildi
Xəbər

Leyla Abdullayeva Fransaya səfir göndərildi

Azərbaycanın Fransada yeni fövqəladə və səlahiyyətli səfiri təyin edilib. “Qafqazinfo” xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı müvafiq sərəncam imzalayıb. Sərəncama əsasən, Leyla Yaşar qızı Abdullayeva Azərbaycanın Fransada fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

Dünya əhalisi kasıblaşacaq
Xəbər

Dünya əhalisi kasıblaşacaq

“Allianz” sığorta qrupunun analitikləri Ukraynada hərbi əməliyyatların yaratdığı qlobal böhran səbəbindən 2022-ci ilin sonuna qədər dünya əhalisinin rifahının real ifadədə 10 faiz aşağı düşəcəyini proqnozlaşdırıblar.

Şagirdlərin elektron yerdəyişməsinin başlayacağı tarix AÇIQLANDI
Xəbər

Şagirdlərin elektron yerdəyişməsinin başlayacağı tarix AÇIQLANDI

17 oktyabr 2022-ci il saat 11:00-dan etibarən şagirdlərin elektron yerdəyişməsi prosesinə start veriləcək. Oxu.Az xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov paylaşım edib. Qeyd edək ki, şagirdlərin elektron yerdəyişməsi prosesi portal vasitəsilə həyata keçirilir.

Nazir: “İmtahanda iştirak edən 2000 müəllim kvadratın perimetri veriləndə onun sahəsini hesablaya bilmir”
Xəbər

Nazir: “İmtahanda iştirak edən 2000 müəllim kvadratın perimetri veriləndə onun sahəsini hesablaya bilmir”

“Azərbaycan müəllimlərinin əksəriyyəti bu gün öz peşəsinə yararlıdır və artırılmış əməkhaqqı ilə peşələrini davam etdirəcəklər. Müəllimlərin sertifikasiya imtahanlarında iştirak edən 11 min müəllimdən 2 mini kvadratın perimetri veriləndə onun sahəsini hesablaya bilmir”. Bunu “Real” TV-yə müsahibəsində elm və təhsil naziri Emin Əmrullayev bildirib.

Qida məhsulları üzərində məlumatlarla bağlı - Yeni Tələblər Qüvvəyə Minir
Xəbər

Qida məhsulları üzərində məlumatlarla bağlı - Yeni Tələblər Qüvvəyə Minir

Məlum olduğu kimi, 1 yanvar 2023-cü ildən qüvvəyə minən “Qida təhlükəsizliyi haqqında” Qanunda qida məhsullarının etiket məlumatları (markalama) ilə bağlı yeni tələblər müəyyənləşib. Etiketləmə tələblərinə dair əlavə müddəlar yeni qanunda yer alıb. Bu barədə FED.az-a Qida Təhlükəsizliyi Agentliyindən xəbər verilib.

Azərbaycanda binalara enerji sertifikatı - VERİLƏ BİLƏR
Xəbər

Azərbaycanda binalara enerji sertifikatı - VERİLƏ BİLƏR

"Azərbaycanda binalara enerji sertifikatının veriləcəyini gözləyirik". FED.az xəbər verir ki, bunu Bakıda keçirilən və Azərbaycanda enerji səmərəliliyinə həsr olunmuş seminarda “EU4Energy” layihəsinin meneceri Bilyana Çobanova bildirib.

Hava ilə bağlı daha bir - Xəbərdarlıq
Xəbər

Hava ilə bağlı daha bir - Xəbərdarlıq

Milli Hidrometeorologiya Xidməti ölkə ərazisində hava şəraitinin dəyişəcəyi barədə daha bir xəbərdarlıq yayıb. “Qafqazinfo” xəbər verir ki, Azərbaycanın rayonlarında oktyabrın 13-ü şərq rayonlarından başlayaraq 16-sı gündüzədək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, şimşək çaxacağı, fasilələrlə yağış yağacağı gözlənilir.