PRESS REVIEW — PRA.AZ

Xəbərlər

1936 xəbər tapıldı

Şagirdlərin elektron yerdəyişməsinin başlayacağı tarix AÇIQLANDI
Xəbər

Şagirdlərin elektron yerdəyişməsinin başlayacağı tarix AÇIQLANDI

17 oktyabr 2022-ci il saat 11:00-dan etibarən şagirdlərin elektron yerdəyişməsi prosesinə start veriləcək. Oxu.Az xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov paylaşım edib. Qeyd edək ki, şagirdlərin elektron yerdəyişməsi prosesi portal vasitəsilə həyata keçirilir.

Nazir: “İmtahanda iştirak edən 2000 müəllim kvadratın perimetri veriləndə onun sahəsini hesablaya bilmir”
Xəbər

Nazir: “İmtahanda iştirak edən 2000 müəllim kvadratın perimetri veriləndə onun sahəsini hesablaya bilmir”

“Azərbaycan müəllimlərinin əksəriyyəti bu gün öz peşəsinə yararlıdır və artırılmış əməkhaqqı ilə peşələrini davam etdirəcəklər. Müəllimlərin sertifikasiya imtahanlarında iştirak edən 11 min müəllimdən 2 mini kvadratın perimetri veriləndə onun sahəsini hesablaya bilmir”. Bunu “Real” TV-yə müsahibəsində elm və təhsil naziri Emin Əmrullayev bildirib.

Qida məhsulları üzərində məlumatlarla bağlı - Yeni Tələblər Qüvvəyə Minir
Xəbər

Qida məhsulları üzərində məlumatlarla bağlı - Yeni Tələblər Qüvvəyə Minir

Məlum olduğu kimi, 1 yanvar 2023-cü ildən qüvvəyə minən “Qida təhlükəsizliyi haqqında” Qanunda qida məhsullarının etiket məlumatları (markalama) ilə bağlı yeni tələblər müəyyənləşib. Etiketləmə tələblərinə dair əlavə müddəlar yeni qanunda yer alıb. Bu barədə FED.az-a Qida Təhlükəsizliyi Agentliyindən xəbər verilib.

Azərbaycanda binalara enerji sertifikatı - VERİLƏ BİLƏR
Xəbər

Azərbaycanda binalara enerji sertifikatı - VERİLƏ BİLƏR

"Azərbaycanda binalara enerji sertifikatının veriləcəyini gözləyirik". FED.az xəbər verir ki, bunu Bakıda keçirilən və Azərbaycanda enerji səmərəliliyinə həsr olunmuş seminarda “EU4Energy” layihəsinin meneceri Bilyana Çobanova bildirib.

Hava ilə bağlı daha bir - Xəbərdarlıq
Xəbər

Hava ilə bağlı daha bir - Xəbərdarlıq

Milli Hidrometeorologiya Xidməti ölkə ərazisində hava şəraitinin dəyişəcəyi barədə daha bir xəbərdarlıq yayıb. “Qafqazinfo” xəbər verir ki, Azərbaycanın rayonlarında oktyabrın 13-ü şərq rayonlarından başlayaraq 16-sı gündüzədək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, şimşək çaxacağı, fasilələrlə yağış yağacağı gözlənilir.

Müdafiə Nazirliyi açıqlama yaydı
Xəbər

Müdafiə Nazirliyi açıqlama yaydı

"Azərbaycan Ordusunun bölmələri tərəfindən guya Ermənistan silahlı qüvvələrinin bölmələrinə atəş açılması ilə bağlı qarşı tərəfin yaydığı məlumat həqiqəti əks etdirmir, tamamilə yalandır". "Qafqazinfo" xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən bildirilib. "Yayılan məlumatı qəti surətdə təkzib edirik", - məlumatda deyilir.

Rusiyalıların Türkiyə əmlak bazarına “hücumu” yenidən sürətləndi
Xəbər

Rusiyalıların Türkiyə əmlak bazarına “hücumu” yenidən sürətləndi

Rusiyada qismən səfərbərlik elan olunduqdan sonra bu ölkə vətəndaşlarının Türkiyənin daşınmaz əmlak bazarına marağı daha da artıb. Ukraynaya hücumm başlayandan Türkiyənin turizm bölgələrinə daşınmaz əmlak almaq üçün axışan rusiyalıların sayı son 2 həftədə daha çox artıb.

Xəzərin suyunun duzsuzlaşdırılması üzrə zavod yaradılacaq.
Xəbər

Xəzərin suyunun duzsuzlaşdırılması üzrə zavod yaradılacaq.

Marja.az-ın məlumatına görə, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov "Twitter" səhifəsində bildirib. "İsrailin su emalı sahəsində tanınmış I.D.E. Water Assets Ltd şirkəti və "Azərbaycan İnvestisiya Şirkəti" ASC arasında ölkəmizdə Xəzər dənizinin suyunun duzsuzlaşdırılması üzrə zavodun yaradılması sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb", - M.Cabbarov yazıb.

Çoxuşaqlı ailələrə hansı - Vergi Güzəşti Verilir?
Xəbər

Çoxuşaqlı ailələrə hansı - Vergi Güzəşti Verilir?

Vergi Məcəlləsinə əsasən qohumluq dərəcəsindən asılı olmayaraq himayəsində azı üç nəfər, o cümlədən gündüz təhsil alan 23 yaşınadək şagirdlər və tələbələr olan ər və ya arvaddan birinin vergi tutulmalı olan aylıq gəliri 50 manat məbləğində azaldılır.

Əmlak qiymətləri kəskin arta bilər
Xəbər

Əmlak qiymətləri kəskin arta bilər

​​​​​​​Əmlak ekspertləri deyirlər ki, Bakıda heç vaxt son vaxtlardakı qədər rus olmayıb. Əgər oktyabrın sonu onların burada əmlak aldıqları ortaya çıxsa, bazarı böyük sürprizlər gözləyir.