PRESS REVIEW — PRA.AZ

Xəbərlər

1936 xəbər tapıldı

Vüqar Əliyev AZƏRTAC-a sədr təyin edildi
Xəbər

Vüqar Əliyev AZƏRTAC-a sədr təyin edildi

Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) İdarə Heyətinə yeni sədr təyin edilib. “Qafqazinfo” xəbər verir ki, Prezident İlham Əliyevin sərəncamına əsasən, bu vəzifəyə Vüqar Əliheydər oğlu Əliyev gətirilib. O, əvvəllər də AZƏRTAC-da çalışıb. Qeyd edək ki, AZƏRTAC-ın sabiq İdarə Heyətinin sədri Aslan Aslanov noyabrın 19-da vəzifəsindən azad edilib.

Vəzifə başında həbs olunan nazirlər...
Xəbər

Vəzifə başında həbs olunan nazirlər...

“Qafqazinfo” bildirir ki, Rəfael Əliyev vəzifədə olduğu müddətdə həbs olunan azsaylı nazirlərdəndir. Buna qədər isə cəmi iki nəfər – sabiq səhiyyə naziri Əli İnsanov və sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyev vəzifədə olduğu müddətdə həbs olunmuşdu.

"Azercell", "Bakcell" və "Nar"ın gəlirləri açıqlandı - MƏBLƏĞLƏR
Xəbər

"Azercell", "Bakcell" və "Nar"ın gəlirləri açıqlandı - MƏBLƏĞLƏR

İnformasiya və rabitə sahəsində fəaliyyət göstərən müəssisələr tərəfindən 2022-ci ilin yanvar-oktyabr aylarında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə göstərilmiş xidmətlərin dəyəri real ifadədə 15,7 faiz artaraq 2199,6 milyon manat təşkil edib.

Hava kəskin dəyişəcək, temperatur aşağı düşəcək, intensiv yağış yağacaq - XƏBƏRDARLIQ
Xəbər

Hava kəskin dəyişəcək, temperatur aşağı düşəcək, intensiv yağış yağacaq - XƏBƏRDARLIQ

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən FED.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında bir neçə gün davam edən noyabr ayı üçün səciyyəvi olmayan nisbətən mülayim hava şəraitindən sonra 27-si gündüzdən hava şəraitinin dəyişəcəyi, 28-i gündüzədək şimal küləyinin arabir 20-23 m/s-dək güclənəcəyi, fasilələrlə yağış yağacağı gözlənilir.