
Azərbaycan 2024-cü ilin sonuna kimi genişzolaqlı internetlə tam təmin ediləcək
İnnovasiyaların inkişafı üçün genişzolaqlı internet xidmətləri olmalıdır. Biz 500 mindən çox abonenti yüksəksürətli internetlə təmin etmişik. "APA-Economics" xəbər verir ki, bu sözləri bu gün Bakıda keçirilən II İllik İnnovasiyalar Sammitində rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev deyib.










