
Azərbaycanda uşağın doğulmasına görə atalıq məzuniyyəti veriləcək
Uşağın doğulması ilə əlaqədar kişilərə tibb müəssisəsinin arayışı əsasında doğuşdan əvvəl və doğuşdan sonra olan dövrdə cəmi 14 təqvim günü müddətində ödənişli məzuniyyət veriləcək.
1936 xəbər tapıldı

Uşağın doğulması ilə əlaqədar kişilərə tibb müəssisəsinin arayışı əsasında doğuşdan əvvəl və doğuşdan sonra olan dövrdə cəmi 14 təqvim günü müddətində ödənişli məzuniyyət veriləcək.

bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Əmək Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.

“Dünya İdman Paytaxtı” titulu rəsmi olaraq Monakodan Bakıya təhvil verilib, bununla da Azərbaycan paytaxtı 2026-cı il üzrə Dünya İdman Paytaxtı elan olunub. Bakının “Dünya İdman Paytaxtı” (“World Capital of Sports”) elan olunmasına həsr edilmiş rəsmi təqdimetmə mərasimi keçirilib.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, hazırda dünyada 100 milyondan çox insan elektron siqaretdən istifadə edir və onların azı 15 milyonu 13–15 yaş aralığında olan yeniyetmələrdir. Mövcud göstəricilər yeniyetmələr arasında elektron siqaret istifadəsinin yetkinlərlə müqayisədə təxminən 9 dəfə yüksək olduğunu göstərir.

Enerji daşıyıcılarının nə qədər çox alternativ mənbəyi olsa, bu Ermənistan üçün bir o qədər yaxşıdır. Bu sözləri parlamentinin spikeri Alen Simonyan jurnalistlər üçün keçirdiyi brifinqdə deyib.

“Bakcell”in innovasiya tərəfdaşlığı ilə “Media Savadlılığı” Konfransı baş tutub “Bakcell”in innovasiya tərəfdaşlığı ilə təşkil olunan “Media Savadlılığı” Konfransı uğurla başa çatıb. “Qafqazinfo” xəbər verir ki, tədbir çərçivəsində media savadlılığının müasir dövrdə rolu, rəqəmsal mühitdə informasiya ekosistemi və süni intellektin bu sahəyə təsiri ətrafında müzakirələr aparılıb.

Qadınlar dünya üzrə ümumi əmək gəlirlərinin cəmi dörddə birindən bir qədər çoxunu əldə edirlər və bu göstərici 1990-cı ildən bəri, demək olar, dəyişməyib. Bu barədə məlumat “Dünya Bərabərsizlik Hesabatı 2026”da əks olunub.

İnnovasiya lideri Bakcell danışıq dəqiqələri, internet, SMS paketləri, rouminq və digər üstünlüklərlə bol yeni “GO” tariflərini təqdim edir. 0.99 AZN-dən başlayan “Go” tariflərindən birinə qoşulmaqla abunəçilər, həmçinin “WhatsApp”, “Facebook”, “Instagram”, “TikTok” və “YouTube” platformalarında istifadə üçün əlavə internet bonusları əldə edəcəklər.

“Hazırda balıqçılıqla məşğul olan fermerlər üçün hansısa subsidiya mövcud deyil, çünki məsələ ilə bağlı qanunvericilikdə müəyyən dəyişikliklər aparılıb. Bununla bağlı Nazirlər Kabineti və digər qurumlar işləyir”. Bunu Balıqçılıq və Akvakultura Mərkəzinin direktoru Ceyhun Əliyev bildirib.

İnnovasiya lideri “Bakcell”in meqa lotereyasında növbəti tirajın qalibi məlum olub! Bu həftənin “Zeekr 001” avtomobilinin sahibi Leyla Fətəliyevadır. Abunəçiləri qarşıda daha da möhtəşəm hədiyyələr gözləyir.

“Hazırda ölkədə qızılca xəstəliyinə qarşı həm planlı, həm də peyvənddən kənarda qalan uşaqlar və böyük yaşlı əhali arasında tibb müəssisələrində peyvənd işləri davam etdirilir”. Bu barədə “Qafqazinfo”nun sorğusuna cavab olaraq Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən məlumat verilib.

Bu il daha 138 uşaq övladlığa verilib. “Qafqazinfo” xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində keçirilən növbəti kollegiya iclasında bildirilib.