
Prezidentin yüksək vəzifə verdiyi Adil Kərimli kimdir? - DOSYE
Xəbər verdiyimiz kimi, Adil Kərimli mədəniyyət nazirinin birinci müavini təyin edilib. O, eyni zamanda mədəniyyət naziri vəzifəsini icra edəcək.
1954 xəbər tapıldı

Xəbər verdiyimiz kimi, Adil Kərimli mədəniyyət nazirinin birinci müavini təyin edilib. O, eyni zamanda mədəniyyət naziri vəzifəsini icra edəcək.

Bakı metropoliteninin “Xocəsən” elektrik deposu və eyniadlı yerüstü stansiyasında tikinti və quraşdırma işləri tam başa çatıb. Bunu “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib Onun sözlərinə görə, hazırda stansiya və depo ərazisində tənzimləmə və sınaq işləri aparılır.

Vaxtilə Naxçıvan Ali Məclisinin önündə icazəsiz çəkiliş etmək bir yana, burada avtomobil saxlamaq belə qadağan idi. Baku TV-nin müxbiri Tural Müseyibov bildirir ki, çəkiliş zamanı heç bir mane olmayıb. Onun sözlərinə görə, yaxınlaşıb sual verən də yoxdur. Bu, indiyə qədər görülməmiş haldır.

İsveçrə Avropa İttifaqının Rusiya və İrana qarşı sanksiyalarına qoşulub. APA xəbər verir ki, bu barədə İsveçrə Federal Şurası məlumat yayıb.

Azərbaycan Respublikasının Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi ərazilərində təbii sərvətlərin qanunsuz istismarına qarşı Şuşa-Xankəndi yolunda keçirilən etiraz aksiyası iştirakçıları bu aksiyanın BMT Təhlükəsizlik Şurasının iclasında bəzi dövlətlər tərəfindən birtərəfli, qərəzli şəkildə təqdim edilməsi ilə bağlı bəyanat yayıblar.

O, bu gün Ali Məclisin iclasında istefa verdiyini açıqlayıb. Qeyd edək ki, Vasif Talıbov 1995-ci ilin dekabr ayından Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri vəzifəsində çalışıb

“Peşə və ali təhsildə əhatəliliyi artırmağa çalışırıq. Bu proses kəmiyyət baxımından çox sürətlə gedir

Dolların dünya valyutalarına nisbətdə müəyyən dəyişkənliyi heç də onun çökmək üzrə olduğu demək deyil. FED.az xəbər verir ki, ekspertlərin bildirdiklərinə görə, bu gün dollar imperiyasının sonu haqqında danışmaq tezdir, çünki dünya valyuta ehtiyatlarının təxminən 60%-i bu valyutada cəmləşib.

İqlim dəyişikliyi və Yer kürəsində planetin təbii ehtiyatlarının nəhəng istismarı nəticəsində canlı növlərinin kütləvi məhvi yaxın gələcəkdə baş verə bilər. “Report” xəbər verir ki, bu barədə Böyük Britaniyanın “Daily Mail” qəzeti avstraliyalı və avropalı alimlərə istinadən yazıb.

İranda etirazlarda 503 nəfər həlak olub. “Report” xəbər verir ki, bu barədə ABŞ mərkəzli İranda Hüquq Müdafiəçiləri təşkilatı teleqramda məlumat yayıb. Bildirilib ki, ölənlərin 69-nun yaşı 18-dən az olan şəxslərdir.

Koronavirusla bağlı vahimə doğuran məqamlar yenidən dünya gündəmini zəbt edib. Belə ki, “New York Times”ın köşə yazarı Apurva Mandavilli məqaləsində qeyd edib ki, daşıyıcısı öldükdən sonra belə, COVID-19 virusunun yayılma ehtimalı var. Ən çox risk altında olanlar isə yoluxmuşların meyitləri ilə təmasda olan patoloqlar və məhkəmə ekspertləridir.

Azərbaycanda texnologiyalar parkından kənar fəaliyyət göstərən sistem inteqrasiyası, proqram təminatının hazırlanması və inkişaf etdirilməsi fəaliyyətini həyata keçirən vergi ödəyiciləri texnologiyalar parkının rezidenti statusunu əldə edirlər və bu əsasda vergi güzəştlərindən istifadə edirlər.