PRESS REVIEW — PRA.AZ

Xəbərlər

1954 xəbər tapıldı

Hava kəskin dəyişəcək, qar yağacaq, şaxta olacaq - XƏBƏRDARLIQ
Xəbər

Hava kəskin dəyişəcək, qar yağacaq, şaxta olacaq - XƏBƏRDARLIQ

Bakıda və Abşeron yarımadasında bir neçə gün davam edən mülayim, isti hava şəraitindən sonra yanvarın 8-dən başlayaraq havanın dəyişəcəyi, arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir. FED.az xəbər verir ki, bunu Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib.

Nazirlikdən uşaqlar arasında yayılan virusla bağlı - Açıqlama
Xəbər

Nazirlikdən uşaqlar arasında yayılan virusla bağlı - Açıqlama

“Uşaqlarda immun sistem böyüklərlə müqayisədə nisbətən zəifdir. Bunun səbəbi immun sistemin tam formalaşmamasıdır. İlk 6-7 il immun sisteminin aktiv inkişaf etdiyi dövrdür. Bu yaşa qədər olan uşaqlar xüsusən payız-qış mövsümündə tez-tez xəstələnirlər”.

Avropadakı xizək kurortları bağlanır
Xəbər

Avropadakı xizək kurortları bağlanır

Avropa yeni ilə rekord yüksək temperaturla başlayıb. Anomal isti havalar bəzi xizək kurortlarını bağlanmağa məcbur edib. İqlim dəyişikliyindən Almaniya, Fransa, İsveçrə, Polşa və Çexiya kimi məşhur xizək idmanı ölkələri də zərər çəkib. Bu ölkələrin bir sıra şəhərləri üçün qış turizmi əsas gəlir mənbəyidir.

Azərbaycanda pullu yollarda gediş haqqı – NƏ QƏDƏR OLACAQ? - HESABLAMA
Xəbər

Azərbaycanda pullu yollarda gediş haqqı – NƏ QƏDƏR OLACAQ? - HESABLAMA

Xəbər verildiyi kimi, Azərbaycanda inşa edilən ilk ödənişli magistral avtomobil yolu gələn ilin may ayında fəaliyyətə başlayacaq.FED.az xatırladır ki, pullu yol Bakı-Quba-Rusiya sərhədi, yəni Bakı–Quba yolunun bir hissəsini təşkil edəcək. Hazırda mövcud olan Bakı-Yuba yolu Hacı Zeynalabdin Tağıyev qəsəbəsindən (yəni 45-ci kilometrdən) başlayaraq iki yerə ayrılacaq.

Azərbaycanda un UCUZLAŞDI - QİYMƏT
Xəbər

Azərbaycanda un UCUZLAŞDI - QİYMƏT

Azərbaycanda un ucuzlaşıb. “Karat Holding” bir kisə “Karmen” ununun qiymətini 41 manatdan 38 manata endirib və bunu 2022-ci ilin Azərbaycan un sənayesi üçün çətin il olması ilə əsaslandırıb. Demək olar ki, bütün il ərzində ölkənin un dəyirmanları sıfır rentabelliklə işləyib, hətta bəzi müəssisələr zərər də görürdülər.

2022-ci ilin maliyyə yekunları
Xəbər

2022-ci ilin maliyyə yekunları

İlin ən mühüm hadisəsi şübhəsiz ki, Azərbaycan Mərkəzi Bankının (AMB) rəhbərliyinin dəyişdirilməsi oldu. 27 ildir ki, maliyyə bazarına nəzarət orqanına sədrlik edən Elman Rüstəmov Milli Məclisin qərarı ilə vəzifəsindən kənarlaşdırıldı və əmək fəaliyyətini Baş nazirin müşaviri kimi davam etdirdi.

Bakı metrosunda 20-ci yeni nəsil qatarı xəttə buraxılıb
Xəbər

Bakı metrosunda 20-ci yeni nəsil qatarı xəttə buraxılıb

“Bakı Metropoliteni” QSC 20-ci yeni nəsil qatarı xəttə buraxıb. Bu barədə “Report”a qurumdan məlumat verilib. Bildirilir ki, yaxın vaxtlarda hər biri 5 vaqondan ibarət 3 qatar tərkibi də sazlama və sınaq işlərindən sonra mərhələ ilə sərnişindaşıma prosesinə cəlb ediləcək. Bununla da vaqon parkında ən son nəsil vaqonların sayı 115-ə, yaxud qatarların sayı 23-ə çatdırılacaq.

Vasif Talıbov retro maşınlarını villasından təcili daşıyıb
Xəbər

Vasif Talıbov retro maşınlarını villasından təcili daşıyıb

Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sabiq sədri Vasif Talıbovun retro maşın kolleksiyası olması çoxlarına bəllidir. “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Vasif Talıbov vəzifədən istefa verdikdən sonra bu maşınların yerini dəyişmək qərarına gəlib.

Bakının "20 yanvar dairəsi"ndə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
Xəbər

Bakının "20 yanvar dairəsi"ndə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Dekabrın 30-dan 31-nə keçən gecədən etibarən yanvarın 4-ü axşam saatlarına qədər Bakının "20 Yanvar dairəsi"ndən Ziya Bünyadov prospekti istiqamətində (yalnız yolötürücüsü üzərində) avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq. Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.