PRESS REVIEW — PRA.AZ

Xəbərlər

1954 xəbər tapıldı

Evini satan şəxs - NƏ QƏDƏR VERGİ ÖDƏMƏLİDİR?
Xəbər

Evini satan şəxs - NƏ QƏDƏR VERGİ ÖDƏMƏLİDİR?

Dövlət Vergi Xidmətindən bildirilib ki, mülkiyyətində olan yaşayış və qeyri-yaşayış sahələrini və mülkiyyətində olan torpaq sahələrini təqdim edən fiziki şəxslər sadələşdirilmiş verginin ödəyiciləridir və qeyd edilən sahələrin təqdim edilməsi zamanı sadələşdirilmiş vergi müqaviləni təsdiq edən notariuslar tərəfindən ödəmə mənbəyində tutularaq dövlət büdcəsinə ödənilir.

Azərbaycanlıların vizasız gedə biləcəyi 70 ölkə – TAM SİYAHI
Xəbər

Azərbaycanlıların vizasız gedə biləcəyi 70 ölkə – TAM SİYAHI

Xəbər verildiyi kimi, dünyada pasportların vizasız istifadəsini göstərən “Henley & Partners Visa Restrictions Index”i açıqlanıb. FED.az xəbər verir ki, Azərbaycan bu siyahıda vətəndaşlarının sərbəst səyahət etməsi imkanına görə, 76-cı yerdə qərarlaşıb. İndeksə əsasən, ölkə vətəndaşları dünyanın 70 ölkəsinə vizasız gedə bilərlər.

Neft Fondunun "Şahdəniz"dən gəlirləri 63%-dən çox artıb
Xəbər

Neft Fondunun "Şahdəniz"dən gəlirləri 63%-dən çox artıb

Ötən il Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) “Şahdəniz” qaz-kondensat yatağından (qaz və kondensatın satışından) əldə etdiyi gəlirləri 1 443 mln. ABŞ dolları təşkil edib ki, bu da illik müqayisədə 63,1% çoxdur.

Bunu edən sürücülər 40 manat cərimə olunacaqlar (XƏBƏRDARLIQ)
Xəbər

Bunu edən sürücülər 40 manat cərimə olunacaqlar (XƏBƏRDARLIQ)

Baş DYP İdarəsi piyadalara su sıçradan sürücülərə xəbərdarlıq edib. İdarənin şöbə rəisi, polis mayoru Rövşən Tağıyev bildirib ki, hazırda respublikanın bəzi bölgələrində və paytaxtda qarlı hava şəraiti hökm sürür ki, bu da hərəkət iştirakçıları üçün əlverişsiz mühit yaratmaqla yanaşı, yollarda qəza riskini də əhəmiyyətli dərəcədə artırır.

Türkiyədə prezident seçkiləri daha tez keçirilə bilər
Xəbər

Türkiyədə prezident seçkiləri daha tez keçirilə bilər

Türkiyədə prezident seçkiləri daha tez tarixdə keçirilə bilər. “Qafqazinfo” xəbər verir ki, bu, Türkiyə Nazirlər Kabinetinin iclası zamanı bildirilib. Vurğulanıb ki, prezident seçkilərinin daha tez tarixdə keçirilməsi məsələsi müzakirə olunacaq. Xatırladaq ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəsində prezident seçkilərinin may ayında keçiriləcəyini açıqlayıb.

Vasif Talıbov bu vəzifəsini də itirdi
Xəbər

Vasif Talıbov bu vəzifəsini də itirdi

Naxçıvan Muxtar Respublikası (MR) Ali Məclisinin keçmiş sədri Vasif Talıbov daha bir vəzifəsini itirib. o, hakim Yeni Azərbaycan Partiyasının (YAP) Naxçıvan MR təşkilatının sədrliyindən də çıxarılıb. Bu barədə hələ ki, rəsmi açıqlama verilməsə də, YAP-ın rəsmi veb-səhifəsində Naxçıvan MR təşkilatı ilə bağlı bölümdə sədr vəzifəsi boş göstərilib

Pensiyadakı artımlar nə zaman ödəniləcək?
Xəbər

Pensiyadakı artımlar nə zaman ödəniləcək?

“Əmək pensiyaları haqqında” Qanuna əsasən, bu aydan əmək pensiyaları indeksasiya olunaraq təxminən 15.0 faiz artırılmalıdır. Pensiyalar adətən ayın ortası ödənildiyi üçün artımların nə zaman veriləcəyi daha çox ünvanlanan suallardandır.

Bakıda taksi qiymətləri artdı
Xəbər

Bakıda taksi qiymətləri artdı

Qarlı hava şəraiti üzündən Bakıda taksi qiymətləri artıb. Beynəlxalq taksi şirkətləri "Bolt" və "Uber" qiymətləri 60%-dən 3 dəfəyə qədər artırıb. Şəhər içində 1,4 km-lik məsafəni əvvəl 1,2 manata təklif edən "Bolt" hazırda qiyməti 2 manata kimi artırıb. "Uber" isə eyni məsafəyə görə, 3,3 manat qiymət müəyyən edib.