Türkiyədə zəlzələ olub, 20 binaya ziyan dəyib, yaralılar var - YENİLƏNİB

İzmirdə baş verən zəlzələ zamanı 20 binaya ziyan dəyib. APA xəbər verir ki, bu barədə daxili işlər naziri Süleyman Soylu bildirib.
İzmirdə baş verən zəlzələ zamanı 20 binaya ziyan dəyib.
APA xəbər verir ki, bu barədə daxili işlər naziri Süleyman Soylu bildirib.
O qeyd edib ki, 3 nəfər xəsarət alıb.
***
09:32
Türkiyənin qərbində 4.6 bal gücündə zəlzələ baş verib.
APA xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin (EMSC) rəsmi internet səhifəsində bildirilib.
Zəlzələnin episentri Egey dənizinin sahilində, 10 km dərinlikdə və İzmir şəhərindən 10 km cənub-şərqdə yerləşib.
Dağıntılar və xəsarət alanlar barədə məlumat yoxdur.