Türkiyə Qabar bölgəsində gündəlik neft hasilatını 100 min barelə çatdırmağı hədəfləyir

12 Fevral 2024, 8:33
Türkiyə Qabar bölgəsində gündəlik neft hasilatını 100 min barelə çatdırmağı hədəfləyir
Türkiyə Qabar bölgəsində gündəlik neft hasilatını 100 min barelə çatdırmağı hədəfləyir

Türkiyənin Qabar bölgəsindəki neft quyularında gündəlik hasilat hazırda 35 min bareli ötüb. İlin sonunadək bu rəqəmin 100 min barelə çatdırılması hədəflənir.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Zonquldaqda çıxışı zamanı deyibÖtən ilin ortalarından etibarən hər bir ailəyə ayda 25 kubmetr təbii qazın ödənişsiz verildiyini xatırladan Türkiyə Prezidenti bunun 2024-cü ilin aprel ayınadək davam etdirəcəklərini, beləliklə ölkə əhalisinə ümumilikdə 87 milyard Türk lirəsi məbləğində dəstək göstəriləcəyini bildirib.