Turizm Azərbaycana ilk yarımildə - 589.4 MİLYON DOLLAR QAZANDIRIB

12 Sentyabr 2023, 13:47
Turizm Azərbaycana ilk yarımildə - 589.4 MİLYON DOLLAR QAZANDIRIB
Turizm Azərbaycana ilk yarımildə - 589.4 MİLYON DOLLAR QAZANDIRIB

 

2023-cü ilin altı ayında Azərbaycanın qarşılıqlı turizm xidmətlərinin dövriyyəsi 45.7% artaraq 1.1 mlrd. ABŞ dolları olub.

Hesabat dövründə turizm xidmətləri üzrə ixracın 589.4 mln. dollar olduğu halda,  idxalı 488.2 mln. dollar olub. Beləliklə, turizm ixracının idxalı  üstələməsi nəticəsində 101.2 mln. dollar həcmində profisit yaranıb. Turizmdən gələn gəlir illik müqayisədə 87% artıb.

Bu dövrdə xaricə səfər edən Azərbaycan vətəndaşlarının sayı 16.3%, Azərbaycana gələn xarici vətəndaşların sayı isə 43.9% artıb.

Xarici ölkələr tərəfindən Azərbaycan rezidentlərinə turizmlə bağlı göstərilən xidmətlərin həcmi 488.2 mln. dolları olub. Bunun 71.5%-i Azərbaycan vətəndaşlarının şəxsi səfərləri ilə bağlı olmuşdur (məkik idxal üçün vəsaitlər istisna olmaqla).