Tramvaylarla bağlı növbəti açıqlama

16 Yanvar 2024, 13:04
Tramvaylarla bağlı növbəti açıqlama
Tramvaylarla bağlı növbəti açıqlama

“Bakının Baş planı tramvayla bağlı təkliflər verir. Şəhərin bəzi küçələrində avtobus nəqliyyatına alternativ olaraq tramvay nəqliyyatı istifadəyə verilə bilər”.

Bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev bildirib. 

O qeyd edib ki, Baş planda ictimai nəqliyyata çox böyük önəm verilib: “Ciddi araşdırma aparılıb. İlk növbədə metronun inkişafı davam edəcək, 2040-cı ilə qədər metro stansiyalarının sayının 46-ya çatdırılması planlaşdırılır. 20 stansiya tikilməlidir. Bu, çox böyük irəliləyişdir. 

Yerüstü nəqliyyat bu gün daha çox avtobuslardan ibarətdir. Avtobusların hərəkəti asanlaşdırılır. Avtobus zolaqları yaradılır, tədricən bu, bütün şəhəri əhatə edəcək. Bunun üçün küçələr təyin edilib, stansiyalar müəyyənləşdirilib. Amma bu indiki avtobusa alternativ yeni bir nəqliyyat növü olmalıdır. Nəqliyyat siyasətinə cavabdeh qurumlar qərarını verəcək. Baş plan bu infrastrukturun qurulmasını nəzərdə tutur”.