ABŞ-nin sabiq prezidenti Donald Trampa qarşı sui-qəsd cəhdini həyata keçirən şəxsin adı məlum olub.
“Qafqazinfo” “New York Post” nəşrinə istinadən xəbər verir ki, onun 20 yaşlı Tomas Metyu Kruks olduğu deyilir.
Məlumata görə, Kruks Trampın çıxış etdiyi səhnədən 130 metr aralıda yerləşən istehsalat zavodunun damından atəş açıb.
***
Federal Təhqiqatlar Bürosu (FTB) ABŞ hüquq-mühafizə orqanları Donald Trampın güllələnməsi ilə bağlı növbəti məlumat yayıb.
Qeyd olunub ki, cinayətkar 20 yaşlı Tomas Metyu Kruksdur. Onun zərərsizləşdirildiyi bildirilib.