“Bu ildən etibarən bütün təhsil müəssisələrində, o cümlədən, məktəbəqədər müəssisələrdə xüsusi qida təhlükəsizliyinin tətbiqinə başlanılır”.
“Qafqazinfo” xəbər verir ki, bu barədə AQTA sədri Qoşqar Təhməzli jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, bununla bağlı Qida Təhlükəsizliyi İnstitutu Elm və Təhsil Nazirliyinin tabeliyində olan bütün müəssisələrdə xüsusi təlim və proqramlar həyata keçirir: “Keyfiyyətə nəzarət menecerlərinə xüsusi təlimlər keçiriləcək. Məhsulların daşınması, saxlanılması, satışı təlimlərinə xüsusi nəzarət prinsipləri tətbiq edilir. Düşünürəm ki, bu, gələcəkdə neqativ halların ortaya çıxmasının qarşısını alacaq”.