Şoyqu İrəvanı hədələyib: Ermənistanın dəmir yolu sistemi bir gecənin içində çökə bilər

19 Fevral 2026, 15:08
Şoyqu İrəvanı hədələyib: Ermənistanın dəmir yolu sistemi bir gecənin içində çökə bilər
Şoyqu İrəvanı hədələyib: Ermənistanın dəmir yolu sistemi bir gecənin içində çökə bilər

Ermənistanın dəmir yolu sistemi bir gecənin içində çökə bilər.

Bu barədə Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu bildirib

Onun sözlərinə görə, Ermənistan hakimiyyətinin dəmir yollarının idarə edilməsində Rusiyanı əvəzləmək istəyi yanlış düşünülmüş qərardır.

Şoyqu hesab edir ki, bu baş verəcəyi təqdirdə, onların qurduğu sistem bir gecənin içində çökə bilər: “Təxminən 20 il ərzində qurulmuş sistem sadəcə bir gecədə çökə bilər”.

O xatırladıb ki, Rusiya təxminən 20 il ərzində Ermənistan dəmir yollarına 30 milyard rubldan çox investisiya yatırıb: “Ermənistanın ehtiyacları üçün bütün vacib yüklər Cənubi Qafqaz Dəmir Yolları vasitəsilə daşınır. Şübhə edirəm ki, digər ölkələrdən hər hansı bir şirkət Rusiyanın Cənubi Qafqaz Dəmir Yollarını əvəz edə bilər”.